Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xercengin Uygunlugu

Xərçəng — Qoç. İlk görüşdən onlar bir-birini çox sevirlər. Amma müəyyən müddətdən sonra bu bağlılıq soyumağa başlayır. Səbəbi isə bürclərin uyğunsuzluğudur, od ilə su tutmur. Bütün münasibətlər çətindir. Ailə uğursuzdur.
Xərçəng — Buğa. Xərçəng bu münasibətə hissiyyat və sentimentallıq, Buğa isə sabitlik və ehtiyatlıq gətirir. Buğa Xərçəngin dəyişkən əhval-ruhiyyəsini başa düşür və onların həll olunmasına kömək edir. Hər ikisi keçmişə, ənənəyə bağlı konservatordur və ailəyə, evə xüsusi gözəl münasibətləri var. Bir-birilə yaxşı münasibətdədirlər, ailə uğurludur.
Xərçəng — Əkizlər. Əkizlərin narahatlığı və özünə inamsızlığı Xərçənglərlə münasibəti çətinləşdirəcək. Əkizlər əylənməyi sevir, Xərçənglər isə evdə oturmağı üstün tuturlar. Çox emosional münasibətdir. Bir çox problemlərin yaranmasına baxmayaraq, uzun müddətli əlaqələr mümkündür.
Xərçəng — Xərçəng. Bir-birinə çox bənzəyirlər. Bu da onların xoşbəxt olmasına maneədir. Hər ikisinin də çox həssas olması emosional problemlərin yaranmasına gətirib çıxarır. Ailə problemlidir, ona görə də, hər iki tərəfdən bir-birini basa düşmə və güzəşt tələb olunur.
Xərçəng — Şir. Bunlar arasında güclü dostluq və işgüzarlıq əlaqələri yarana bilər. Amma ailə münasibətləri nadir hallarda uğurlu olur, çünki onların dünya görüşü, fikirləri, ünsürləri bir-birindən kəskin fərqlənir.
Xərçəng — Qız. Bu münasibətdə Qız bürcündən olanlar aktivlik üçün müəyyən rol oynayır. Xərçəng daha emosionaldır. Fərqli xüsusiyyətlərin olmasına baxmayaraq, bir-birinə bağlılıqları vardır. Yaxşı münasibətlərdir. Ailə də uğurlu sayıla bilər.
Xərçəng — Tərəzi Xərçəngin dəyişkən xüsusiyyəti Tərəzini əsəbiləşdirir. Xərçəngin tez-tez küsməsi problemləri daha da artırır. Münasibətlər mümkündür, amma ailədə bir çox problemlər sıxa bilər.
Xərçəng — Əqrəb. Əqrəbin Xərçəngi qoruması, onun qeydinə qalması münasibətlərin daha səmimi olmasına imkan verir. Əqrəblər qısqancdırlar, elə bunun üzündən də narazılıqlar yaranır. Ailə uğurludur, bir-birinə uyğundurlar.
Xərçəng — Oxatan. Bir-birinə əks olan bürclərdir. Oxatan sərbəstliyi sevən, Xərçəngin dediyi ilə oturub-durmayandır. Xərçəng dünənlə, Oxatan hazırkı günlə yaşayır. Əlaqələr problemli, ailə uğursuzdur.
Xərçəng — Oğlaq. Oğlaq xərçəngin özünə qarşı olan tələbkarlığına və bağlılığına cavab verə bilmir. Onun başqalarından fərqlənən özünəməxsus fikirləri var. Əlaqələr daimi deyil. Ailə qeyri-sabitdir. Münasibətlərdə problemlər var.
Xərçəng — Dolça. Ailə münasibətləri uğurlu deyil. Xərçəngin söz-söhbəti Dolçanı bezikdirir. Burada hörmət və ya sevgi heç bir rol oynamır. Dostluq və işgüzarlıq əlaqələri tez bir zamanda pozulur. Münasibətləri alınmır.
Xərçəng — Balıqlar. Çətin vaxtda bir-birinə dayaq ola bilirlər. Bu münasibətdə Xərçənglər liderdir, çünki Balıqlar sevgi barədə bir qədər passivdirlər. Ailə uğurludur


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 208 Bölmə: Burcler haqqinda çox şey
loading...