Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

13-cü Bürc..

Amerikalı professor bürc sisteminin dəyişdiyini iddia edir.

Son vaxtlar yeni bürcün yaranması haqqında yeni iddialar səslənməyə başlayıb. ABŞ-dan olan astronomiya üzrə professor Park Kankl yüzilliklər ərzində Yer oxunun tədricən yerini dəyişdiyini iddia edir. Onun sözlərinə görə, ən azı 2000 il öncə əldə edilən məlumatlara əsaslanan bürc sistemi artıq köhnəlib. O, yer oxunun dəyişməsinə əsaslanan yeni bürc xəritəsi hazırlayıb.

Professor yeni 13-cü bürcün İlan olduğunu qeyd edir. Əvvəllər bu bürcün sadəcə 5 gün 16-21 noyabrda olduğu güman edilirdi. Lakin Kankl "İlan"a bir ay vaxt verib.

Amerika Astroloqlar Federasiyasının mətbuat katibi Şelli Akermanın sözlərinə görə, professorun bu kəşfinə sakit reaksiya göstərmək lazımdır. Astroloqların çoxu Kanklın açılışının yeni olmadığını düşünür. Belə ki, əsrlər öncə yaşamış astroloqlar Yer oxunun sürüşməsini öz hesablamalarında nəzərə alıb.

"Gələcəyə bürclər yox, planetlər işarə edirlər. Bürclər sadəcə ölçü cihazlarıdır", deyə astroloq Syuzan Miller bildirib.

Park Kanklın yeni bürc sistemi isə belədir:

Oğlaq 20.01 – 16.02
Dolça 16.02 – 11.03
Balıqlar 11.03 – 18.04
Qoç 18.04 – 13.05
Buğa 13.05 – 21.06
Əkizlər 21.06 – 20.07
Xərçəng 20.07 – 10.08
Şir 10.08 – 16.09
Qız 16.09 – 30.10
Tərəzi 30.10 – 23.11
Əqrəb 23.11 – 29.11
İlan 29.11 – 17.12
Oxatan 17.12 – 20.01


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Burcler haqqinda çox şey
loading...