beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoc

Od işarəsidir. Marsın himayəsi altındadır. Xarakteri güclüdür. Hökmlüdür. Bu işarə altında dünyaya gələn adamlar qüvvətli və çevik olurlar. Onlarda rəhbərlik istedadı vardır. Kişilərin və qadınların ümumi cəhətləri aşağıdakılardır: nikbinlik, şöhrətpərəstlik, bir qədər tez qızışmaq, şişirtməyə meyl.
Kişilər təcavüzkarlığı, nəzakətsizliyi ilə fərqlənir başqalarının mənafeyi və iradəsi ilə hesablaşmırlar. Hərəkət etməyi, iş görməyi xoşlayırlar. Onlarda ədalət hissi güclüdür. QOÇ səbirsiz, hövsələsiz olduğuna, diplomatiya bacarmadığına görə tez-tez çətin vəziyyətə düşür. QOÇUN həyatının başlıca mənası işdir. Möhkəm iradəsi, cəsarəti və ayıqlığı ilə fərqlənən QOÇ yaxşı hakim, sərkərdə, jurnalist, inzibatçı ola bilər. Lakin kobudluğu və müstəqilliyi buna mane olur.
KİŞİ-QOÇLAR demək olar həmişə yaxşı, vicdanlı əməkçilərdir. Zahirən sağlam görünsələr də, canları zəifdir. QOÇLARIN demək olar hamısının əsəb sistemi çox zəifdir: onlar tez qızışırlar, kobuddurlar, təmkinli deyillər. KİŞİ-QOÇLAR bədxasiyyətləri ucbatından çox vaxt ailəcanlı olmurlar, burada hər şey qadının diplomatiyasından və nəzakətindən asılıdır. QADIN-QOÇ. Bu işarə altında dünyaya gələn qadınların demək olar hamısının peşəsi vardır. Onlar kişi ixtisaslarına asanlıqla yiyələnirlər, nikahda ağalıq etməyə çalışırlar.
İşarələrin qarşılıqlı münasibətləri: ŞİR, ƏKİZLƏR, OXATAN ilə ittifaq uğurludur. Bu işarələr öz sakitliyi və fəlsəfəyə məhəbbəti ilə QOÇU ram edirlər, həm DOLÇA ilə, həm də TƏRƏZİ ilə QOÇ arasında böyük fiziki cazibə vardır. OĞLAQ, XƏRÇƏNG, BALIQLAR və ƏQRƏB ilə ittifaq əlverişli deyildir. QIZ və BUĞA ilə münasibətlər soyuqdur.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Burcler haqqinda çox şey