beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Ay Ucun Proqnozlar

BUYURUN! ULDUZLARIN NOYABR AYI UCUN PROQNOZLARI......:::By RaXim:::...



Qoç Bu ay siz çətinliklərlə
üzləşəcəksiniz. Lakin çoxdan
başladığınız işləri geridə qoyub
yeni layihələrə imza atmaq
zamanı gəlib. Təbii ki, bu sizə
xoş əhval-ruhiyyə bəxş etməyəcək, üstəlik,
depressiyaya düşə bilərsiniz.
Bu dönəmdə sizə yaxınlarınız
da kömək edə bilməyəcək.
Yaxşısı budur təklikdə qalıb,
hər şey haqqında ətraflı fikirləşəsiniz.

Buğa Nəhayət, siz hisslərinizə
aydınlıq gətirəcəksiniz. Bir-
birinə düşmən münasibət
bəsləyən cütlüklər səhv
etdiklərini anlayıb,
barışacaqlar. Sevgilisindən ayrılanlar yenidən birlikdə
olcaqlar. İşgüzar həyatda isə
hər şey əksinə olacaq. Bəzi
danışıqlar gedəcək ki, maliyyə
vəziyyətinizə pis təsir edəcək,
amma fəlakətli dəyişikliklər gözlənilmir.

Əkizlər İndi sizin üçün ən önəmli
mövzu məhəbbət mövzusu
olacaq. Sevmək vaxtı gəlib
çatdı. Bütün problemləri
unudacaq, fikrinizi bütövlüklə
o insana həsr edəcəksiniz. İşdə üzərinizə düşən vəzifələri
başqasına həvalə etmək olar,
lakin nəzarət etməyi yaddan
çıxarmayın. Sükan arxasında
ehtiyatlı olun.

Xərçəng Hər sahədə sizin üçün çox
uğurlu bir dönəm başlayır.
Gözlənilməz iş təkilfi
alacaqsınız və bu təklif olduqca
perspektivli olacaq. Lakin
başınız bir az məhəbbət məsələlərinə qarışacaq, buna
görə də ola bilsin, təkilfi
vaxtında dəyərləndirə
bilmədiniz. Bu ay bütün
kişilərin gözü üzərinizdə
olacaq, yeni insanla tanış olma ehtimalı var.

Şir İş həyatı baxımından ay çox
sakit keçəcək. Əhvalınız hər
zaman əla olacaq. Hərdən
detallar üzərində çalışmağınız
lazım gələcək, bu da səbr tələb
edəcək. Ailə üzvləri ilə münasibətləriniz olduqca gözəl
olacaq, yardım istədiyinizdə
yanınızdan ayrılmayacaqlar.
Nəzərdə tutduğunuz planlar
həyata keçəcək.

Qız Bu ay aktiv və işgüzar
olacaqsınız. Təmkinli və rahat
şəkildə, həm evdə, həm işdə
bütün problemlərin öhdəsindən
gələcəksiniz. Ola bilsin çox pul
qazanmayasınız, amma maliyyə baxımdan əziyyət
çəkməyəcəksiniz. Əsas odur ki,
gözlənilməz anda və ağlınızın
ucundan keçməyən bir insanla
tanış olacaqsınız. Ailə qurmaq
ehtimalı yüksəkdir.

Tərəzi Hazırda bütün fikrinizi işinizə
həsr edəcəksiniz, çünki elə bir
vəziyyət yaranacaq ki,
çalışdığınız şirkətin nüfuzu
sizdən asılı olacaq, ona görə
diqqətli olmağınız vacibdir. Eyni zamanda ev probleminiz
həll olunacaq. Şəxsi
həyatınızda möhtəşəm hadisə
baş verəcək. Nəhayət, siz ömür
boyu gözlədiyiniz insanla
rastlaşacaqsınız.

Əqrəb Həyat sizə xoş sürprizlər
hazırlayır. Çalışın özünüzü
itirməyəsiniz və hər işarəyə
diqqət yetirəsiniz. Peşəkar
sahədə vəzifənizin artması və
daha böyük nailiyyətlər əldə etməyiniz gözlənilir. Əla gəlir
əldə edəcəksiniz. Sevgiyə
gəldikdə isə, sizi romantik və
unudulmaz səyahət gözləyir.
Odur ki, şansı əldən
qaçırmayın.

Oxatan Ola bilsin çiyinlərinizə daşıya
biləcəyinizdən ağır yük
düşəcək, bu həm ailə, həm də
iş həyatına aiddir. Çoxlu
işləməli və məsuliyyətli
qərarlar verməli olacaqsınız. Üstəlik, ürəyinizdə keçmiş
sevgilinizlə bağlı hisslər
yaranacaq, ətraflı düşünüb
düzgün qərar verməyiniz lazım
gələcək. Maddi baxımdan
sıxıntı yaşanmayacaq.

Oğlaq Ayın çox günləri işləriniz
müvəffəqiyyətli olacaq.
Oynaya-oynaya bir çox
anlaşılmazlıqları aradan
qaldıracaqsınız. Amma çalışın
özünüzü çox yormayasınız. İşgüzar səfərə çıxa bilərsiniz.
Evdən uzaqda sizi maraqlı və
romantik bir macəra gözləyir.
Maddi vəziyyətiniz qeyri-sabit
olacaq, buna diqqət yetirin.

Dolça Bu ay sizin ayınızdır, olduqca
düzgün və asan qərarlar
verəcək və tez bir zamanda
bunun bəhrəsini görəcəksiniz.
Çoxdan görüşmədiyiniz
insanlarla üz-üzə gələcəksiniz, həmçinin səyahət zamanı.
Ailənizdə problem
yaranmayacaq, ürəyiniz sakit
olacaq. Maddi durumunuz
əladır, ayın axrında əlinizə
yüksək məbləğ alacaqsınız.

Balıqlar Uzun zamandır həyata
keçirtmək istədiyiniz planları
reallaşdıracaqsınız. Bu
mövzuda dost və ailə
üzvlərinizə güvənə bilərsiniz,
onlar sizə dayaq olacaq. Bu an keçmiş sevgiliniz peyda olacaq
və qayıtmağınızı xahiş edəcək.
Təbii ki, onunla olub-olmamaq
yalnız özünüzdən asılıdır,
çalışın düzgün qərar verəsiniz.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 402 Bölmə: Burcler haqqinda çox şey