beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə Görə Kişilərin Xoşladığı Qadın Tipləri

Qoç bürcü

21 mart – 20 aprel

Xoşladığı qadın tipi inadkar və asanlıqla təslim olmayan. Qoçların seçdikləri qadın çılğın olduğu qədər, incə də olmalıdırlar.

Onun ağlını başından almaqdan ötrü-dar cins şalvar, ipək kofta və s. son dəbə uyğun ayaqqabı geyinmək lazımdır


Buğa bürcü

Buğa bürcü
21 aprel – 21 may

Xoşladığı qadın tipi dadlı yeməklər bişirən və uşaqları sevən (deməli, yaxşı ana olacaq) xanım.

Onun ağlını başından almaqdan ötrü-Milli mentalitetimizə uyğun geyinin.

məsələn:uzun yupka və sadə kofta.


Əkizlər bürcü

22 may – 21 iyun

Xoşladığı qadın tipi-Özünə güvənən və ilk addımı atmaqdan çəkinməyən xanım. Əkizlər darıxdırıcı həyat tərzini sevmədikləri üçün seçdikləri qadın da əyləncəli məkanlara-kinoya və ya teatra getməyi xoşlamalıdır.

Onun ağlını başından almqdan ötrü-ipək, krujeva və ya xəz geyinin. Sizə nəinki toxunmaq və əzizləmək, hətta baxmaq belə xoş olmalıdır.


Xərcəng bürcü

22 iyun – 22 iyul

Xoşladığı qadın tipi-Zərif yerişli, danışığını bilən ağılı və cazibədar xanım. Kişi xərçənglər istənilən qadına fikir verə bilərlər əsas odur ki, xörəkləri ən azı gələcək qaynananız kimi dadlı bişirəsiz, çünki onun üçün ideal qadın yalnız anasıdır.

Onun ağlını başından almaqdan ötrü-Balaca çanta götürün, qeyri-adi kəmər taxın, bəzəkli ayaqqabı alın və mobil telefonunuzdan yumşaq oyuncaq asın-Bütün bunlar sakit xərçəngi ehtiraslandırır.



Şir bürcü

23 iyul – 23 avqust

Xoşladığı qadın tipi-Baxımlı və həmişə formada olan xanımlar. Güzgü qabağında bəzənən qadın şirlərin xoşuna gəlir.

Onun ağlını başından almaqdan ötrü-Parlaq və cazibədar geyimlər alın. Kişi şirlər ilk növbədə qadının geyiminə fikir verirlər.



Qız bürcü

24 avqust-23 sentyabr

Xoşladığı qadın tipi-Ona fikir verməyən işgüzar qadın. Həmin qadın üzr istəməməlidir, çünki kişi qızların özündənrazı xanımlardan xoşu gəlir.

Onun ağlını başından almaqdan ötrü-Ciddi və səliqəli dəst geyinin. Ağ kofta, açıq rəngli şalvarlara üstünlük verin, çünki ağ rəng Kişi-Qızlara yazşı təsir göstərir.



Tərəzi bürcü

24 sentyabr -23 oktyabr

Xoşladığı qadın tipi-Kosmetikadan istifadə etməyi bacaran, əsasən, təbii rənglərə üstünlük verən, sadə geyimli xanım. Kişi-Tərəzilər bayağı qadınları xoşlamırlar.

Onun ağlını başından almaqdan ötrü-Qızıl, brilyant və sadə bijuteriya Kişi-tərəzilərə möcüzəli təsir göstərir, buna görə də ilk görüşə bəzək əşyaları taxmağı unutmayın.



Əqrəb bürcü

24 oktyabr -22 noyabr

Xoşladığı qadın tipi-Dünyanın ən cazibədar xanımı. Həmin xanım geyiminə (nə qədər acıq-sacıq olsa bir o qədər yaxşıdır) və davranışına (bütün hərəkətlər cəlbedici və ehtiraslı olmalıdır) fikir verməlidir.

Onun ağlını başından almaqdan ötrü-Səliqəli manikür etdirin, qəşəng dəri əlcək, qeyri-adi qolbaq və üzük taxın. Kişi-Əqrəblər qadın əllərinə həddindən artıq çox fikir verirlər.



Oxatan bürcü

23 noyabr -21 dekabr

Xoşladığı qadın tipi-Hündür dağa çıxmaq və ya hirsli rəisin otağına çəkinməyən qız. Oxatan-Kişilər ilk baxışdan mədəbbətə inanırlar və bütün həyatları boyu tanışlıqdan beş dəqiqə sonra vurulduğunu etiraf etməyi bacaran qadını axtarırlar.

Onun ağlını başından almaqdan ötrü-Şərq üslubunda aksesuarlar taxın.



Oğlaq bürcü

21 dekabr 20 yanvar

Xoşladığı qadın tipi-İşinə böyük əhəmiyyət verən xanımlardır. İş günü və ya gələcək karyerası barədə daşan qadınlar onları ehtiraslandırır. Oğlaqlar üçün ən əsas qadının ağlıdır.

Onun ağlını başından almaqdan ötrü-Qalstuk, papaq, dəri papaq, pencək və idman tərzində çanta taxın, bir sözlə kişi geyiminə qadın incəliyini qatın.



Dolça bürcü

20 yanvar – 19 fevral

Xoşladığı qadın tipi-Müasir dəbə uyğun geyinən qızlar. Orijinal saç, böyük şlayapa, 60-cıa illərin ayaqqabısı-bütün bunlar onun diqqətini cəlb edir.

Onun ağlını başından almaqdan ötrü-Orijinal geyimlər seçin, heç kimə oxşamağa çalışmayın. Makiyajda həddi aşmayın. Kişi-Dolçaların fikrincə, gözəllik-təbiilikdir.



Balıqlar bürcü

20 fevral – 20 mart

Xoşladığı qadın tipi-Problemləri asanlıqla həll etməyi bacaran işgüzar xanım. Cazibədar bədən quruluşu və cəlbedici geyimlər burada vacib rol oynamır, ən əsası-ürəyin təmiz olmasıdır.

Onun ağlını başından almaqdan ötrü-Ayaqlarınızı gözəl göstərən yubkalar və ayaqqabılar geyinin. Bundan əlavə, həmişə səliqəli görünməyə çalışın, onlar bunu sevirlər.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 320 Bölmə: Burcler haqqinda çox şey