beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orqanizmlərin hüceyrəvi quruluşu

Canlı orqanizmlərdə gedən bütün bioloji prosesləri, o cümlədən, irsiinformasiyaların sirlərini hər şeydən əvvəl hüceyrədə axtarmaq lazımdır. Hüceyrənindaxilində son dərəcə mürəkkəb kimyəvi proseslər və enerji mübadiləsi gedir. Hüceyrəöz mürəkkəb quruluşunu uzun sürən təkamül prosesində qazanmışdır.Hüceyrələr ölçü və quruluşlarına görə çox müxtəlifdirlər. Bu müxtəliflik onlarındaşıdıqları funksiyalarla əlaqədar şəkildə meydana gəlmişdir. Ümumiyyətlə hüceyrələrmikroskopik ölçüdə olur. Məsələn, bakteriyaların çoxunda hüceyrələrin ölçüsü 1-2mmk-dur. Lakin ölçüsü 1-2 mmk-dan bir neçə sm-ə qədər olan adi gözlə görünə bilənhüceyrələr vardır. Quşların, sürünənlərin yumurta hüceyrələri, şirəli meyvələrinparenxim hüceyrələri buna misal ola bilər. Hüceyrə üzvü birləşmələrdən-zülal,karbohidrat, yağ, nuklein turşularının və qeyri-üzvi maddələrdən mineral duzlardan vəsudan təşkil olunmuşdur.Zülallar çox iri molekullar olub, əsasən tərkibində amin turşuları fəaliyyətgöstərir. Canlı aləmdə 20-dən çox amin turşusu vardır. Zülal monemerləri olan aminturşuları COOH və əsas qrupundan NH2-dən təşkil olunmuşdur.
Hüceyrənin mikroskop altında görünüşü

Nuklein turşuları çox iri molekullardan ibarət olub heteropolimer quruluşamalikdir. İki qrup nuklein turşusu vardır. DNT, RNT. Bunların monometrləri isənukleotidlərdən ibarətdir. Nukleoproteidlər fosfor turşusu, karbohidrat nitrit əsaslarınınquruluşudur. Nitrit əsasları iki cürdür. Purin əsasları-adenin (A), Quanin (Q), Primidinəsasları-Timin (T), Sitozin (S). Nuklein turşularının tərkibində 5 atomlu şəkər-pentozaolur. Şəkərlərdə iki cür olur: Dezoksiriboza və ribozadır.Hüceyrənin əsas tərkib hissələri -membran, sitoplazma, endoplamatik şəbəkə,ribosomlar, mitoxondirlər, holci kompleksi, lizosomlar, hüceyrə mərkəzi, sentrosom vənüvədən ibarətdir.


Tarix: 08.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Biologiya