beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biologiya rəqəmlərdə-2

1. Adi amöbanın 1 ifrazat qovuqcuğu olur.
2. Çoxalma zamanı bir amöba 2 yerə bölünür.
3. Yaşıl evqlenanın 1 qamçısı olur.
4. Yaşıl evqlenanın 1 ifrazat qovuqcuğu var.
5. Yaşıl evqlenanın 1 qırmızı gözcüyü var.
6. Yaşıl evqlenanın 20-dən çox xloroplastı olur.
7. Evqlena 2 yerə bölünməklə çoxalır.
8. Bir volvoks koloniyasmda 1000-ə qədər hüceyrə ola bilər.
9. Hər bir volvoks hüceyrəsində 1 nüvə və 1 xloroplast olur.
10. Hər bir volvoks hüceyrəsində 2 qamçı olur. (1 koloniyada 2000 qamçı)

11. İnfuzor-tərliyin 2 ifrazat qovuqçuğu və 2 nüvəsi olur.
12. İnfuzor-tərlik sutkada 1 dəfə bölünür.
13. Çoxalma zamanı bir tərlik 2 yerə bölünür.
14. Hidranın minimum 5, maksimum 12 qolcuğu ola bilər.
15. Hidranın xarici qatında (ektodermada) 5 müxtəlif növ hüceyrə olur. (Sinir, dəri-əzələ, cinsi, aralıq, dalayıcı)
16. Hidranın daxili qatırtda 1 növ hüceyrə olur. (həzm)
17. Hidranın hər bir mayalanmış yumurtasından 1 yetkin fərd inkişaf edir.
18. Ağ planarinin bədəninin ön hissəsindo 2 göz və 2 qısa çıxıntı olur.
19. Ağ planarinin bağırsağı 3 şaxəyə bölünür. (1-i önə, 2-si arxaya)
20. Hər bir ağ planarinin bədənində 2 yumurtalıq və çoxlu toxumluq var.

21. Qaraciyər sorucusunda 2 sormac (lağız və 1 qann) olur.
22. Qaraciyər sorucusunun sürfələri 2 cür olur. (kirpikli, quyruqlu)
23. Öküz soliterinin hər buğumunda 1 yumurtalıq olur.
24. Öküz soliterinin sürfəsi 6 qarmaqlıdır.
25. İnsan askaridində 3 dodaq olur.
26. Dişi askariddə 2 yumurtalıq, erkək askariddə isə 1 toxumluq var.
27. Soxulcanın hər buğumunda 1 cüt (2 ədəd) ifrazat — borucuğu olur.
28. Göl ilbizinin çanağı 4-5 burumludur.
29. Göl ilbizinin baş hissəsində 2 həssas çıxıntı və 2 göz olur.
30. Göl ilbizinin ağciyəri 1 ədəddir.

31. Göl ilbizinin böyrəyi 1 ədəddir.
32. Göl ilbizinin ürəyi 2 kameralıdır. (1 qulaqcıq, 1 mə'dəcik).
33. Anadontanın çanağı 2 taydan təşkü olunub
34. Anadontada 2 sifon olur.-
35. Anadontada 3 cüt sinir düyünü var.
36. Bütün molyuskalarda ancaq 1 ayaq olur.
37. Çay xərçəngində 1 cüt uzun və 1 cüt qısa bığcıq var.
38. Çay xərçənginin 3 cüt çənəsi (1 cüt üst, 2 cüt alt) ve 3 cüt çənə ayaqlan var.
39. Çay xərçəngində 1 cüt qısqaç, 4 cüt (8 ədəd) yerimə ayaqlan olur.
40. Çay xərçənginin yerinə ayaqlarının I-II cütlərində qısqaclar olur, III — IV cütlərində isə olmur.

41. Çay xərçənginin qarıncığı 6 buğumdan təşkil olunub və burada 4 cüt üzmə qarıncıq ayaqları yerləşir.
42. Çay xərçənginin quyruq üzgəci 5 pərlidir.
43. Çay xərçənginin mə'dəsi 2 şö'bədən ibarətdir. (dişcikli, lövhəcikli).
44. Xaçh hörümcəkdə 8 sadə göz olur.
45. Xaçlı hörümcoyin 1 cüt üst çənəsi və 1 cüt ayaq-qolcuqları olur.
46. Xaçh hörümcəyin 4 cüt (8 ədəd) yerimə ayaqları var.
47. Xaçh hörümcəyin 3 cüt (6 ədəd) tor ziyilciyi olur.
48. May böcəyinin 1 cüt bığcığı və 2 cüt qolcuğu olur.
49. May böcəyinin yerimə ayaqlan 3 cütdür. (6 ədəd)
50. May böcəyində 1 cüt dodaq və 2 cüt çənə olur.

51. May böcəyinin döşü 3, qanncığı isə 8 buğumludur.
52. May böcəyinin qanadlan 2 cütdür. (II döş buğumundan sərt qanadüstlüyü, III döş buğumundan isə pərdəşəkilli qanadlar inkişaf edir)
53. May böcəyində 3 ədəd döş sinir düyünü yaxşı inkişaf edib.
54. May böceyinin erkəyində 2 toxumluq, dişisində isə 2 yumurtahq olur.
55. May böcəyi öz inkişafı zamanı 3 dəfə sürfe merhələsində, 1 dəfə yctkın fərd mərhələsində qışlayır.
56. Dişi kələm kəpenəyinin ön qanadının hər birində 2, cəmi 4 qara xal olur.
57. Bal ansının 5 ədəd gözü (2 mürəkkəb, 3 sadə) olur.
58. Neşterçənin ağzı ətrafında 20 cüt (40 ədəd) çıxm-tı olur.
59. Çay xanısında 2 döş, 2 qarın, 2 bel, 1 quyruq və 1 anal üzgəci (cəmi 8) olur.
60. Çay xanısının bədəni 3 hissədən ibarətdir. (baş, gövdə, quyruq)

61. Çay xanısında burun dəliyi 2 cütdür.
62. Balıqların ürəyi 2 kameralıdır. (1 qulaqcıq, 1 mə'dəcik)
63. Çay xanısının onurğa sütunu 2 şöbəyə bölünür. (gövdə, quyruq)
64. Çay xanısında hər bir gövdə fəqərəsində 1 cüt qabırğa birləşir.
65. Çay xanısında 4 cüt (8 əded) qəlsəmə olur.
66. Bə'zi bahqlarda (treska, nalim. çəki) 1 cüt bığcıq olur.
67. Qığırdaqlı balıqlarda bədənin hər tərəfındə 5-7,cəmi 10-14 qəlsəmə yarığı olur.
68. Qurbağanın hər bir gözündo 1 cüt göz qapağı olur.
69. Qurbağanın qabaq ətrafının hər birində 4, dal ətrafmın hər birində isə 5 barmaq olur. (comi 18)

70. Qurbağanın cəmi 1 boyun fəqərəsi olur.
71. Qurbağanın hər bir dal ətrafında 4, cəmi 8 üzmə pərdəsi olur.
72. Qurbağanın ön ətraf qurşağına 7 sümük daxildir. (2 qarğa, 2 körpücük, 2 kürək, 1 döş).
73. Qurbağada 7 ədəd gövdə fəqərəsi olur.
74. Qurbağanın ürəyi 3 kameralıdır.
75. Kürü tökülməsi ilo çömçəquyruğun kiçik qurbağaya çevrilməsi arasında 2-3 ay vaxt keçir.
76. Çömçəquyruğun ürəyi 2 kamcrahdır.
77. 1 — 2 həftədən sonra qurbağa kürüsündon çömçəquyruq çıxır.
78. Kərtənkələnin hər bır gözündə 2 göz qapağı və 1 qırpma pərdəsi var.
79. Kartənkələnin hər bir ayağında 5 barmaq (cəmi 20) vardır.
80. Kərtənkələ mövsüm ərzində 4-5 dəfə qabığını dəyişir.

81. Kərtənkələnin boynunda 8 fəqərə olur.
82. Kərtənkələnin ürəyi 3 kamerahdır.
83. Zəhərli ilanlarda 1 zəhər vəzisi olur.
84. Tısbağanın onurğasının 3 şöbəsi (döş, bel, oma) çanağa hərəkətsiz birləşir. ]
85. Timsahın ürəyi 4 kameralıdır.
86. Quşların dərisində ancaq 1 vəzi (büzdüm vəzisil olur.
87. Göyərçinin qabaq ətraflarının hər birində 3, dal ətraflarının hər birində 4 barmaq (cəmi 14) olur.
88. Göyərçinin mə'dəsi 2 şö'bədən ibarətdir.
89. Quşların ürəyi 4 kameralıdır.
90. Quşların erkəyində 2 toxumluq, dişısində 1 yumurtahq olur.

91. Dəvəquşunun dal ətraflarının hər birındə barmaqlann sayı 2 — dir.
92. Su quşlarının (qaz, ördək, durna) hər bir ayağında 2 üzmə pərdəsi olur. (cəmi 4 pərdə).
93. Arxeopteriksdə 20 quyruq fəqərəsi olmuşdur.
94. İt tüklərini ildə 2 dəfə dəyişir.
95. Məməlilərdə boyun fəqərələrinin sayı 7-dır.
96. Məməlilərin döş hissəsində adətən 12-dən 15-ə qədər fəqərə ola bılər.
97 Məməlilərdə bel fəqərələrinin sayı 2-dən 9-a qədərdir.
98. Məməlilərin quyrugunda ən azı 3 fəqərə olur.
99. Məməlilərin ürəyi 4 kameralıdır.
100 Siçankimilərdə boğazlıq dövrü 11-15 gün çəkir.

101. Ev ıtinin 8 əmciyi olur.
102. Göy balina ən ağır çəkili heyvan olub çəkisi 150 T-a çala bilər.
103. Fılin çəkisı 4-5 T-dur.
l04. Cütdırnaqlıların hər bır ətrafında 2 və ya 4 barmaq ) olur.
105. Təkdırnaqlıların hər bir ətrafında I və ya 3 bar-maq olur.
I06. Yarasanın qabaq ətrafında baş barmaqdan başqa qalan 4 barmaq dəri pərdə ilə örtülmüşdür.
107. Yarasanın 12 barmağı dəri pərdə ilə əhatə olunmayıb.
108. Balinakimilərdə 2 ətraf olur. (arxa ətraflar reduksiyaya uğrayıblar).


Tarix: 08.12.2014 / 16:19 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Biologiya