beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qızardılmış levrek
Qızardılmış levrek

MATERİAL SİYAHISI:

4 can əti levrek
2 yumurta
1 kasa un
1 kasa suxarı
Duz
İstiot

XİDMƏTİ ÜÇÜN:

6 kartof
Qarışıq göyərti
Pomidor
Xiyar
İstiot
Limon
Zeytun yağı
Biberiye
Duz
İstiot

İÇİ:

Kartofları soyuruq və alma kəsiyi şəklində doğrayırıq. Geniş bir qaba kartof kəsiklərini qoyuruq. Üzərinə zeytun yağını, duzunu və istiot tökürük. Biberiye yarpaqlarından qoyuruq və qarışdırırıq. İstəyə görə toz qırmızı bibər də ata. Boşqaba yağlı kağız salırıq və kartofları qoyuruq. Əvvəldən isidilmiş 190 dərəcəlik sobada bişiririk. Böyük təhər bir boşqaba iki yumurta sındırıq və çalırıq. Ayrı bir qaba unu bir qaba da qalet ununu qoyuruq. Balıqlara dəyirmandan duz və istiot qırırıq.

Balıq sümüksüz ətləri əvvəl una batırırıq sonra yumurtaya sonra da suxarıya batırırıq. Böyük bir tavaya duru yağ qoyub qızdırırıq. Balıqları qızardırıq. Boşqaba bir kənara göyərtiləri bir kənara kartofları qoyuruq. Ortaya qızardan balıqları qoyuruq. Pomidorları və xiyarı incə nazik doğrayırıq. Qarışıq göyərtidən də qoyaraq xidmət edirik.


Tarix: 28.04.2015 / 20:52 Müəllif: Nurana Baxılıb: 109 Bölmə: Balıq xörəkləri