beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balıqçı salatı

İçindəkilər:

1 ədəd kiçik ölçülü qırmızı kələm (ağ kələm də istifadə edə bilərsiniz)
3 ədəd orta ölçülü yerkökü
3 ədəd orta ölçülü ağ turp (olmasa qırmızı turp da istifadə edə bilərsiniz)
2 ədəd orta ölçülü pomidor
10-12 ədəd qara və ya yaşıl zeytun sousu üçün türk qəhvəsi fincanıyla və ya kiçik armudu stəkanın yarısı qədər süzmə zeytun yağı
1 ədəd limon suyu
3 xörək qaşığı sirkə (alma sirkəsi məsləhət görürəm)
1 çay qaşığı duz, qara bibər 1 çay qaşığı toz şəkər


Hazırlanması:

Kələmi incə-incə uzunlamasına doğrayın. Üzərinə duz səpib əlinizlə ovun. Acı suyunu axıdın. Yerkökünü təmizləyib sürtgəcdən keçirin. Turpları soyub sürtgəcdən keçirin. Qayıq servis tabağını alın. Sürtgəcdən keçirilmiş səbzələri sırayla – kələm, turp və yerkökünü qayıq tabağa yerləşdirin.

Sous üçün:

Dərin bir kasaya limonu sıxın. Üzərinə zeytun yağını əlavə edin. Sirkə, duz, qara bibər və şəkəri əlavə edib çəngəllə qarışdırıb servis tabağındakı salatın üzərinə gəzdirib servis edin.


Tarix: 12.12.2012 / 20:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 329 Bölmə: Balıq xörəkləri