beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kağızda tərəvəzli çupra
Kağızda tərəvəzli çupra

MATERİAL SİYAHISI:

4 çupra
1 kartof
2 limon
1 soğan
1 yerkökü
1 pk. Göbələk
1 dəstə cəfəri
Duz
İstiot
Dəfnə yarpağı
Zeytun yağı

İÇİ:

Soğanı və yerkökü nazik nazik doğrayırıq. Göbələkləri doğrayırıq. Kartofu də soyaraq incə dairəvi şəkildə dilimləyirik.Soğanı, kökü, göbələyi qarışdırma qabına alırıq. Cəfəri xırda doğrayıb əlavə edirik. Xərci qarışdırırıq. Çupralar yarıdan açılmış və içləri təmizlənmiş olmalıdır. Balıqların içlərinə duz və istiot səpirik.

Zeytun yağı tökürük. Əvvəl iki dilim kartofu qoyuruq. Üstünə qarışıq tərəvəz xərcindən qoyuruq. Üstünə də dəfnə yarpağı və limon kəsiyi qoyuruq. Üstünü örtürük. Yağlı kağız kəsib balıqları ayrı ayrı bürüyürük. Soba xonçasına düzürük. Əvvəldən isidilmiş 200 dərəcəlik sobada bişiririk.


Tarix: 28.04.2015 / 20:50 Müəllif: Nurana Baxılıb: 50 Bölmə: Balıq xörəkləri