beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

doldurulmuş balıq duxovkada

Balıq – kütüm, xəşəm

Qoz

Kişmiş

Baş soğan

Duz, istiot


İç üçün qoz, kişmiş və baş soğan lazımdır. Soğanı xirda doğrayıb qızılı qızardın. Kişmişin üstünə qaynar su töküb bir dəqiqə saxlayın və sonra suyu süzün. Balta və ya bıçaqla kişmişi xırdalayın. Qozu da xırdalayın. Bunların hamını yaxşı qarışdırıb kənara qoyun.

Balıqı təmizləyib duzlayın və bir neçə saatlıq saxlayın. Sonra yenə yuyub içini hazırlanmış içlə doldurun. Balıqın qarnını tikin. Yaxşi yağlanmiş tavaya qoyun. Bir saat ərzində 200 gradusa qədər istilənmiş duxovkada bişirin.

Novruz bayramında masada mütləq balıq olmalıdır. Balıqın ağzında isə qızıl üzük olmalıdır. Deyilınlırı görə balıq ruzu-bərəkət gətirir. Novruz bayramı bizim yeni il olduğu üçün, yeni ilin ilk anlarını məhz balıqla qarşılayırlar.

Bu da dayım gətirdiyi balıq. Bu xəşəm ləvəngidir.

Nuş olsun!


Tarix: 12.12.2012 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 602 Bölmə: Balıq xörəkləri