beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mais Salmanov

Salmanov Mais Qurban oğlu — xanəndə, Azərbaycan Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti, prezident təqaüdçüsü.

Həyatı

12 fevral 1933-cü ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Azərbaycan opera sənətinin və musiqisinin inkişafına töhfələr verib, uzun müddət Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun rolunun ifaçısı olub.

Tanınmış neftçi-alim Fərman Salmanovun qardaşıdır.

2008-ci ildə Bakıda vəfat etmişdir.

Adlar və mükafatlar
Azərbaycanın Əməkdar Artisti (1978)
Prezident Təqaüdçüsü (2000)


Tarix: 26.01.2013 / 13:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Bəstəkarlar Və Müğənnilər