Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Janis Joplin

Janis Lyn Joplin 19 Yanvar 1943 tarixində Port Arthur, Texasda dünyaya gələn və 4 Oktyabr 1970-ci ildə Los Angelesdə vəfat edən, amerikalı musiqiçi .Mündəricat
1 Haqqında
2 İlk illər: 1943–1961
3 Kaliforniya Həyatı
4 Big Brother and the Holding Company dövrü: 1966–1968
5 Solo fəaliyyət: 1969–1970
6 Ölümü
6.1 Studiya Albomları
6.2 Diskoqrafiya
6.3 Billboard Çartları
7 Albomlar
8 Single'lər
9 Videoqrafiya
10 İstinadlar
11 Xarici keçidlər


Haqqında

İlk illər: 1943–1961

Joplin məktəb illərində, 1960.

19 Yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi kariyerası üzərində işləməyə qərar verdi.

Kaliforniya Həyatı

Joplin'in San Francisco, Californiada, 122 Lyon Street Haight-Ashbury adresindəki evi. O burada 1960-cı ilə kimi sevgilisi Country Joe McDonald ilə yaşamışdır

1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu. Qısa zaman içində San Francisco və Venice çimərliyindəki kafe və klubların imtiyazlı bir sənətçisi halına gəldi. Kaliforniyada keçirdiyi iki ilin ardından özünü idarəni böyük ölçüdə itirən Janis, spirt və amfetamin istifadə etməyə başladı. Bu gedişi dayandırmaq üçün Port Arthur'a geri dönərək, yarımçıq qoyduğu məktəbinə yenidən daxil oldu. Məktəbdə çox müvəffəqiyyətli olmasına baxmayaraq, bu istiqamətdə inkişaf edən həyatından heç vaxt məmnun olmadı.

Big Brother and the Holding Company dövrü: 1966–1968

Joplin və Big Brother and the Holding Company, 1966–1967 illər.

Janis, kiçik qəsəbə həyatına uyğunlaşa bilməyəcəyini anlayan kimi Kaliforniya'ya geri döndü. Burada, dostu və meneceri olan Chet Holmes tərəfindən Big Brother and the Holding Company adlı bir qrupda solist olması təklif edildi. Bu qrupla işə başlayan Janis, 1967-ci ildə səhnəyə çıxdıqları Monterey Beynəlxalq Pop Festivalında, blues klassiki olan "Ball and Chain" ilə izləyənləri ovsunlayaraq, qrupun diqqət mərkəzində olmasını təmin etdi. Bu performans sonrasında aldıqları albom təklifini geri çevirməyən qrup, 1968-ci ildə ilk albomunu buraxdı.

1968-ci ildə, qrupun menecerliyini öhdəsinə götürən Albert Grossman, Kolumbiya Records val şirkətiylə bir razılaşma imzalamağı bacardı və eyni il qrupun "Cheap Thrills" albomu bu şirkətin etiketi ilə nəşr olundu. Bu albomda, "Piece of My Heart", "Ball and Chain" və "Turtle Blues" kimi klassikləşmiş blues mahnılarının canlı versiyaları da var idi. Bu albomun müvəffəqiyyəti sayəsində səkkiz həftə siyahılarda üst sıralarda qalmağı bacaran qrupun adı artıq "Janis Joplin with Big Brother and the Holding Company" olaraq bilinməyə başlamışdı.

Arxa arxaya gələn böyük müvəffəqiyyətlər, qrupun narkotik və spirtlə olan bağlılığını daha da artırdı, tez-tez bahalı narkotiklərlə edilən məclislər qrupun performansına və iş əlaqələrinə pis istiqamətdə təsir etdi. 1968-ci ilin sonunda, Big Brother and the Holding Company son performansını reallaşdırdıqdan sonra dağıldı.

Solo fəaliyyət: 1969–1970

Sonrakı il kariyerasına tək başına davam etmək qərarı alan Joplin, 1969-cu ilin İyun ayında baş tutan "Woodstock" festivalında səhnəyə çıxaraq yenidən böyük bir rəğbət qazandı. Blues'in yanında caz musiqisinə də hər zaman marağı olan Joplin, həmin il "The Cozmic Blues Band"i qurdu və "I Got Them All' Kozmic Blues Again Mama!" albomunu buraxdı.

Qazandığı müvəffəqiyyətlərlə birlikdə artan stressini basdırmaq istəyən Joplin, heroin istifadə etməyə başladı və istifadə etdiyi digər narkotiklərin və spirtin miqdarını gün keçdikcə artırdı. 1969-cu ilin sonunda bu gedişatının doğru olmadığının fərqinə vararaq bütün asılılıqlarına son verdi və yeni bir başlanğıc etmək üçün "The Full Tilt Boogie Bant" adlı qrupu qurdu.

Ölümü

Joplin'in "Summer of Love – Art of the Psychedelic Era" adlanan Whitney Museum'da saxlanılan Porsche 356C model avtomobili

1970-ci il 4 oktyabr günü Joplin səsyazma studiyasında, səs yazmaq üçün lazım olanda, onun yoxa çıxması prodüser Pol A. Rothchild'i narahat etdi. Booge'nin yol meneceri prodüserə Joplinin getdiyi son yeri bildirdi və Rothchild ora gedən zaman otelin qarşısında Janisin Porsche 356C model avtomobilini gördü. Otelə daxil olub otağın qapısınə açan zaman çarpayının yanında, döşəmədə Joplinin ölü bədənini gördü. Rəsmi ölüm səbəbi istifadə etdiyi heroinin normaldan artıq dozası və spirtli içki ilə qarışması idi. Amma Janisin günlüyünə baxan zaman dərin bir depresiya içində olduğu və oteldə olan müddətdə, söz vermələrinə baxmayaraq dostlarının onun ziyarətinə gəlməməsi, insanlarda intihar şübhəsi yaratdı. Bunlara baxmayaraq Janis artıq ölmüşdü və klub 27-nin növbəti üzvünə çevrilmişdi. Onun bədəni Los-Angeles'dəki Westwood Village Mortuary də yandırıldı və külü təyyarədən Stinson sahili boyu Sakit Okeana töküldü.

Ölümünün ardından buraxılan albomunda olan "Me and Bobby McGee" və "Mersedes Benz" kimi mahnıları ilə həftələrlə siyahılarda üst sıralarda qaldı

Janis Joplin, yaşadığı zamanda olduğu kimi indiki vaxtda da, gəlmiş keçmiş ən yaxşı qadın blues müğənnilərindən biri olaraq qəbul edilməkdədir.

Studiya Albomları
Big Brother and the Holding Company (1967)
Cheap Thrills (1968)
I Got Dem Ol' Kozmic Blues Again Mama! (1969)
Pearl (1971)



Diskoqrafiya
Big Brother and the Holding CompanyAlbomİlŞirkətƏlavə
Big Brother and the Holding Company1967Mainstream Records
Big Brother and the Holding Company1967Columbia2 mahnı
Big Brother and the Holding Company1967, CD 1999Columbia Legacy CK664252 mahnı
Cheap Thrills1968ColumbiaMulti-Platin Industry Association of America şirkəti
Cheap Thrills1968, CD 1999Legacy CK657844 mahnı
Live at Winterland '681998Columbia LegacyASIN: B000007TSP
Live at the Carousel Ballroom 19682012Legacy Recordings

Kozmic Blues BandAlbomİlŞirkətƏlavə
I Got Dem Ol' Kozmic Blues Again Mama!1969ColumbiaPlatin RIAA
I Got Dem Ol' Kozmic Blues Again Mama!1969, CD 1999Legacy CK657853 mahnı
Live in Amsterdam
The Woodstock Experience2009Legacy Recordings

Full Tilt Boogie BandAlbomİlŞirkətƏlavə
Pearl1971Columbiaölümdən sonra, 4 Multi-Platin RIAA
Pearl1971, CDColumbia CD64188
Live in Honolulu1975
Wicked Woman (Janis Joplin albom)1976
Pearl1971, CD 1999Legacy CK657864 mahnı
Pearl1971, 2CD 2005Legacy COL 515134 2CD1 – 6 mahnı
CD2 – The Festival Express turundan bütün mahnlılar, məkanlar
The Pearl Sessions2012Legacy Recordings

Big Brother & the Holding Company / Full Tilt BoogieAlbomİlŞirkətƏlavə
In Concert1972Legacy CK65786ASIN: B0000024Y7

Ölümündən sonraAlbomİlŞirkətƏlavə
The Typewriter Tape

1964
Janis Joplin's Greatest Hits1973ColumbiaASIN B00000K2W1, 7 Multi-Platin RIAA
Janis1975CBS2 disk, Gold RIAA
Antologiya19802 disk
Farewell Song1983Columbia RecordsASIN: B000W44S8E
Cheaper Thrills1984Fan ClubASIN: B000LYA9X8
Janis1993Columbia Legacy3 disk – ASIN: B00000286P
18 Essential Songs1995Columbia LegacyASIN: B000002B1A, Gold RIAA
The Collection19953 DiskASIN: B000BM6ATW
Live at Woodstock: Avqust 19, 19691999
Box of Pearls1999Sony Legacy5 Disk – ASIN: B0009YNSK6
Super Hits2000SonyASIN: B00004T1E6
Love, Janis2001SonyASIN: B00005EBIN
Essential Janis Joplin2003SonyASIN: B00007MB6Y
Very Best of Janis Joplin2007ImportASIN: B000026A35


Billboard Çartları

Albomlar

(Big Brother & The Holding Company üzvü kimi)İlAlbomUS Top 200US R&B
1967Big Brother and the Holding Company6028
1968Cheap Thrills17


(solo ifaçı kimi)İlAlbomUS Top 200US R&B
1969I Got Dem Ol' Kozmic Blues Again Mama!523
1971Pearl113
1972Joplin In Concert4—
1973Janis Joplin's Greatest Hits37—
1975Janis54—
1982Farewell Song104—
2011Super Hits113—


Single'lər

Big Brother & The Holding Company üzvü kimiİlMahnıUS Hot 100
1968Down on Me43
Coo Coo84
Piece of My Heart12


Solo ifaçı kimiİlMahnıUS Hot 100
1969Kosmic Blues41
1971Me and Bobby McGee1
Get It While You Can78
Cry Baby42
1972Down on Me (Live)91


Videoqrafiya
Monterey Pop (1968)
Petulia (1968)
Janis Joplin Live in Frankfurt (1969)
Janis: The Way She Was (1974)
Comin’ Home (1988)
Woodstock - The Lost Performances (1991)
Woodstock: 3 Days of Peace & Music (Director’s Cut) (1994)
Festival Express (2003)
Nine Hundred Nights (2004)
The Dick Cavett Show: Rock Icons (2005) Shout
Rockin' at the Red Dog: The Dawn of Psychedelic Rock (2005)
This is Tom Jones (2007) 1969 appearance on TV show
Woodstock: 3 Days of Peace & Music (Director’s Cut) 40th Anniversary Edition (2009)
Janis Joplin with Big Brother: Ball and Chain (DVD) Charly (2009)


Tarix: 26.01.2013 / 13:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 674 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...