beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Murad Ulduz

Aşıq Murad Ulduz (Murad Aslan oğlu Ulduz) (d.1922-ö.1999) - aşıqMündəricat
1 Həyatı
2 Kitabları
3 Ailəsi
4 Şəcərəsi
5 Mənbə
6 Həmçinin bax


Həyatı

Aşıq Murad Ulduz 1922-ci ildə Türkiyənin Arpaçay qəzasının Bardaqlı kəndində doğulmuşdur. Atası Aslan (?-1979) Qasım oğlu, anası isə Molla Məhəmmədin qızı Ayişə olub.

1928-ci ildə 6 yaşlı Murad ailəsi ilə birlikdə Qaraxan kəndinə köçmüşdür. Muradgil ailədə 12 qardaş-bacı olublar.

O, Aşıq Gülüstanın və Aşıq İbrahimin şəyirdi olsa da Aşıq Şenlikin oğlu Aşıq Qasımdan da dərs alıb. O özü də ustad olaraq oğlu Aşıq Günay Ulduz başda olmaqla bir çox aşıqlar yetişdirmişdir.

Ona 1938-ci ildə vergi verilmiş və aşıqlığa başlamışdır.

Təxminən on min qatar şeiri olan Aşıq Murad Qaraxanlının "Murad şah", "Əhməd bəy" və "Muxlis bəy" adlı dastanları da var.

Onun yaradıcılığında "Təcnis", "Cığalı təcnis", "Qoşma", "Gəraylı", "Müxəmməs", "Divani" və başqa janrlarda şeirlər vardır.

Aşıq Murad 1946-cı ildə Qüdrət adlı xanımla ailə qurmuş və 5 övladları olmuşdur.

25 iyul 1999-cu ildə böyrək xəstəliyindən vəfat etmişdir.
Aşıq Günay Ulduzun atasıdır.

Kitabları
Qaraxanlı Aşıq Murad Ulduz, "Ay hayıf", (tərtib edəni: Aşıq Günay Ulduz), Ankara, "Özgün mətbəəsi", 2003. 720 səh. (türk dilində)

Ailəsi

O xatirələrində söyləyirmiş ki, üçüncü babası Qazax Allahverdi həyat yoldaşı Mulğusa xanımla və qardaşları Qasım, Haqverdi, Əli, Vəli və adlarını xatırlamadığı bacıları ilə Qazaxıstandan köçüb Gürcüstanın Dağ Sadaqlı kəndinə gəlib yerləşmişlər. Burada bir neçə il yaşadıqdan sonra babası Qazax Allahverdi Türkiyəyə köçməli olur. O, Türkiyənin Arpaçay qəzasının Bardaqlı kəndində yerləşmişdir. Qazax Allahverdinin iki övladı olmuşdur, - Qasım və Abdullah.

Şəcərəsi
Qazax Allahverdi
Qasım
Aslan
Aşıq Murad Ulduz
Aşıq Günay Ulduz
Ömür Can Ulduz


Tarix: 23.01.2013 / 22:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 389 Bölmə: Bəstəkarlar Və Müğənnilər