beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alişan

Alişan — Türkiyə müğənnisi

Məşhur türkiyəli müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb.

Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib.

Alişanın 33 yaşında olmasına rəğmən hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda süçlanan müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.

Bu Alişanın futbolçu kimi ilk addımları deyil. Belə ki, o, 1999-cu ildə Ədirnənin həvəskar komandalarından olan "Osmanlıspor"da futbol oynamağa başalyıb. 2002-ci ilə qədər bu komandanın formasını geyinib. 2008-ci ildə yeni hərbi qanun qəbul olunandan 6 ay sonra müğənni İstanbul Həvəskarlar Liqasında çıxış edən Şişlinin "Rıfat Paşa" komandasına transfer olunub. Amma bu yetərli olmadığından (həvəskar komanda olduğu üçün) üç ay sonra Trabzonun TFF 2-ci liqada mücadilə edən "Arsinspor" klubu ilə anlaşıb və bununla da peşəkar futbolçuya çevirilib. Lakin uğursuzluq yenə də "gənc idmançı"nı rahat buraxmayıb. Bu dəfə isə "Arsinspor" 2-ci liqadakı yerini itirib.

Onu da qeyd edək ki, Türkiyənin yeni hərbi qanununa görə, Superliqa, Bank Asiya 1-ci liqa və TFF 2-ci liqada çıxış edən futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Qanunda o da göstərilir ki, futbolçu komandanın oyunlarının ən azı 30 faizində forma geyinməlidir. Amma Alişan 36 turdan ibarət olan 2-ci liqanın 14 turunda bir dəqiqə də olsun meydana çıxmayıb. O, yalnız komandasının oyunlarını tribunadan izləməklə kifayətlənib.


Tarix: 23.01.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Bəstəkarlar Və Müğənnilər