beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahnaz Haşımova

Şahnaz Həsən qızı Haşımova (24.04.1957, Gəncə) - Azərbaycan müğənnisi. Azərbaycanın Xalq Artisti.

Həyatı

Şahnaz Haşımovanın respublikanın hüdudlarından çox-çox uzaqlarda milli musiqimizin, muğamatımızın tanınmasında, təbliğində xüsusi xidmətləri vardır. O,F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına bacarıqla rəhbərlik edir.

Ş.Haşımova şəhərin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı,Gəncə Dövlət Filarmoniyasının "Göy-Göl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin konsertlərinə bədii rəhbərlik və təşkilatçılıq edir.

Ş.Haşımova bir çox xarici ölkələrdə dəfələrlə Azərbaycan musiqisinin əsl təbliğatçısı olmuş, yetişdirdiyi gənc müğənnilərlə Azərbaycanda və xarici ölkələrdə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir. Şahnaz Haşımovanın Azərbaycan televiziyası və radiosunun "Qızıl Fondu"nda saysız-hesabsız lent yazıları qorunur və saxlanılır. Eyni zamanda rəhbərlik etdiyi kollektivlər AzTV və digər televiziya kanallarında çıxış edirlər.

Şahnaz Haşımova Gəncə Dövlət Filarmoniyasının musiqi kollektivlərinin cəbhə bölgələrində, əsgərlər qarşısında, qaçqın və köçkünlər qarşısında dəfələrlə çıxışlarını təşkil etmiş, özü ifa etdiyi vətənpərvərlik mahnıları ilə onlarda yüksək əhval-ruhiyyə yaradaraq, respublika Prezidentinin apardığı daxili və xarici siyasətin dəstəkləyicisi və təbliğatçısı olmuşdur. Azərbaycan Respublikasının Xalq Artisti Şahnaz Haşımova özünün yüksək səhnə mədəniyyəti, savadı, özünəməxsus ifa tərzi, şirin və məlahətli səsi, bir sıra gözəl insani keyfiyyətləri ilə çalışdığı kollektivin və xalqın sevimlisinə çevrilmişdir.

Ş. Haşımova 1985-ci ildə Əməkdar Artist, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. 2002, 2005, 2012-ci illərdə Prezident mükafatını almışdır.
Müğənni Aybəniz Haşımovanın bacısıdr.


Tarix: 22.01.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 220 Bölmə: Bəstəkarlar Və Müğənnilər