beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Raziyyə Şirinova

Raziyyə Şirinova – Müğənni. Aktrisa. Filmlərdə iştirak edən.

Həyatı

R.Şirinova 1962-64-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Hələ tələbə ikən «Lalə» qızlar ansamblının, 1964-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür.

1980-cı ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – «Əsli və Kərəm»də Əsli, «Aşıq Qərib»də Şahsənəm, «Şah İsmayıl»da Ərəbzəngi, «Gəlin qayası»nda Tutu , Əmi qızı, «Leyli və Məcnun»da Məcnunun anası və s. rollarda çıxış etmişdir.

R.Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

2005-cı ildən Prezident təqaüdçüsüdür.

Filmoqrafiya
İnterpapa (film, 2006)
Raziyə Şirinova (film)


Tarix: 22.01.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 251 Bölmə: Bəstəkarlar Və Müğənnilər