beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manana Caparidze

Manana Caparidze və ya sadəcə Manana - gürcü əsilli Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti.Mündəricat
1 Həyatı
2 Albomlar
3 Kliplər
4 Filmoqrafiya
5 Həmçinin bax
6 Xarici keçidlər


Həyatı

Manana Caparidze - 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.

1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub.

1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingilisçə mahnılar ifa edir.

1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT - 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub.

Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Səhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrindədə konsert programmı ilə çıxış edib. 2004-cü ildə Manananın rəsmi saytı açılib - www.manana.ws.

Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurdu və noyabrın 10-da qız uşağını dünyaya gətirdi.

Albomlar
2000, Sənə verdim ürəyimi
2001, Dözməm bu ayrılığa
2003, Sevırəm səni
2004, Bizim sevgimiz (Eldar Mansurovun mahnıları)
2004, Orientasian (İngilis CD)
2005, Səndən ayrı
2009, Bəxt Ulduzum

Kliplər
2003, Yol
2004, Neyləyim
2005, Səndən ayrı
2006, Sevgimizin günləri
2007, Sənsiz
2008, Qəlbimin arzusu

Filmoqrafiya
Yanmış körpülər (film, 2003)


Tarix: 21.01.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 532 Bölmə: Bəstəkarlar Və Müğənnilər