beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağadadaş Ağayev

Ağayev Ağadadaş Həmid oğlu — azərbaycanlı müğənni.

Həyatı

Ağadadaş Ağayev 25 avqust 1956-cı il Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. Pedaqoji İnstitutda təhsil alıb (1972-1977). Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977-1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Əməkdar artist (1998), xalq artistidir(2006). 4 oğlu (Kamil, Səbuhi, Seymur, Həmid) 1 qızı (Leyla) var.

Filmoqrafiya
Yerlə göy arasında (film, 1999)
Tənha durna uçuşu (film, 2003)


Tarix: 21.01.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Bəstəkarlar Və Müğənnilər