beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mollanın eşşəyi itir.

Mollanın eşşəyi itir. And içir ki, eşşəyi tapsam bircə manata satacağam,
ürəyim soyusun. Bir-iki gündən sonra eşşək tapılır. Mollanın
and içdiyini bilən lotular kəsirlər onun yolunun üstünü ki:
– Ya budu, sabah gərək eşşəyi bazarda bir manata satasan., ya da
ki, sözünə əməl eləmədiyini deyib, səni hər yerdə biabır edəcəyik.
Molla qalır məəttəl ki, nə eləsin. Fikirləşir, axırda bir pişik tutur,
bir iplə eşşəyin boynuna bağlayıb gətirir bazara. Car çəkib deyir:
– Bir eşşək satıram bir manata, bir pişik satıram yüz manata. Ancaq
ikisini də gərək bir adam ala.


Tarix: 02.06.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Azeri Letifeler