beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün arvadından on toyuq

Molla bir gün arvadından on toyuq, bir də bir xoruz alır ki:
– Arvad, aparım bazarda satım, sənə tumanlıq alım.
Arvad toyuqları və xoruzu tutub verir. Molla bunların hamısını bir
böyük qəfəsə qatıb, alır çiyninə, düzəlir yola. İsti yay günü, bir az
gedəndən sonra düşür günortanın lap istisinə. Baxır ki, toyuqlar
qəfəsdə istidən elə ləhləyirlər ki, az qalır bağırları çatlasın. Qəfəsin
ağzını açıb deyir:
– Yazıqdılar, istidən bağırları çatladı. Qoy bir az da özləri yeriyib
sərinləsinlər.
Toyuqları elə qəfəsdən buraxcaq, hərəsi bir tərəfə qaçır. Molla
onun dalınca, bunun dalınca yüyürürsə də, bir az da ürküdüb hamısını
qaçırdır. Axırda əlinə bir yekə ağac alıb xoruzu salır qabağına ki:
– Gecə yarısı səhərin açıldıüını bilərsən. Amma günün günorta çağı
düz yol gedə bilməzsən.


Tarix: 01.06.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Azeri Letifeler