beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birisi yenə də sataşmaq

Birisi yenə də sataşmaq məqsədilə Molladan saatın neçə olduğunu
soruşur. İşi başa düşən Molla ona cavab vermir. Həmin adam bir də
təkrar soruşur:
– Molla, saatına bir bax, görək neçədi?
Molla deyir:
– Baxmışam, bir dənədi.
– Yox ey, belə onu demirəm. Ümumiyyətlə, saat neçədi?
Molla deyir:
– Nə bilim, ümumiyyətlə, saat neçədi? Dünya doludu saatla.
– A kişi, onu soruşmuram ey. Səndəki saat neçədi?
Molla deyir:
– Hə belə de, anlayaq da... Üç il bundan qabaq beş manata almışam.
İndi neçəyə olar bilmirəm.
– Canım, axşama nə var?
Molla deyir:
– Yeməyə bizə gələcəksən?.. Yaxşı sarımsaq-qatıüımız var.
– Əşi, sən nə qəribə adamsan? Söz-zad başa düşmürsən ki... İndi
nə zamandayıq?
Molla deyir:
– Baharın orta ayında.
Kişi Mollanın ondan da hazırcavab olub, onun özünü doladıüını
görür, çıxıb gedir.


Tarix: 01.06.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Azeri Letifeler