Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Molla bir gün dəyirmana dən aparır.

Molla bir gün dəyirmana dən aparır. Baxır ki, dən çoxdur, növbədə
durub gözləyir. Hərdən bir də göz-gözə vurub o biri çuvallardan taxıl
götürüb öz çuvalının başına tökür. Dəyirmançı Mollanın işini başa
düşüb soruşur:
– Molla, nə eləyirsən?
Molla görür ki, işin üstü açılıb, özünü avamlıga vurub deyir:
– Sən mənə çox da fikir vermə. Mən elə, bir az dəli təhərəm.
Dəyirmançı deyir:
– Yaxşı, əgər dəlisənsə, öz taxılından özgənin çuvalına niyə tökmürsən?
Molla deyir:
– Mən sənə dedim dəliyəm, demədim ki sarsağam.


Tarix: 02.06.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Azeri Letifeler
loading...