Bir gün Molla keyfinin kök çağında bir-iki dostunu tutur ki:
 – Gedək bizə, sizə bir yaxşı plov verəcəyəm.
 Hamısı bir yerdə gəlirlər Mollanın evinə. Molla qonaqları rahat
 edəndən sonra o biri evə girib arvada deyir:
 – Arvad, qonağım var, bir yaxşı plov bişir.
 Arvad deyir:
 – Ay kişi, xərifləmisən nədi? Hanı bizim yağımız, düyümüz ki,
 plov da bişirəm.
 Molla evdə heç bir şey olmamağına pərt olub, arvada deyir:
 – Arvad, ürəyini sıxma. Olanda bişirərsən. Mollanın belə pərt olmağına
 arvadın da ürəyi sıxılır. Aülamsınaraq deyir:
 – Yaxşı, bəs indi nə deyəcəksən?
 Molla heç halını da pozmur. Əlini atıb plov qazanını yerdən götürür,
 qonaqların yanına gəlir ki:
 – Dostlarım, kefinizi kök saxlayın. Əgər evimizdə yağ ilə düyü
 olsa idi, sizə, bax, bu qazan ilə bir plov verəcəkdim.
Tarix: 01.06.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Azeri Letifeler