beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günlərin birində Molla yük gəmiləri təmir olunan yerə gedir

Günlərin birində Molla yük gəmiləri təmir olunan yerə gedir. Fəhlələrdən
birinə yan alıb soruşur ki:
– Siz bu odu yandırıb gəmiyə nə edirsiniz ki, gəmi belə yeyin gedir?
Fəhlə deyir:
– Altında çör-çöp yandırıb sumala sürtürük, ona görə gedir.
Molla evə gəlib eşşəyin ayaqlarını bağlayır, altına bir az çör-çöp
yıgıb od vurur. Yazıq eşşək odun gücündən ipi qırıb götürülür. Molla
daldan baxıb deyir.
– Ay gözünə dönüm! Sumalasız, neftsiz gör nə gedir...


Tarix: 02.06.2013 / 16:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 74 Bölmə: Azeri Letifeler