beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OXUYUN!!!İzin Qalmasın (Əkrəm Əyrisliyə)

Əzəldən özğəyə olub rəğbətin,
Olmayıb qanında milli qeyrətin.
Yalandır, böhtandır sözün-söhbətin,
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın .

İç üzünü açdı “Daş yxular”ın ,
Məkrli niyyətin, daş duyğuların,
Satdın bu millətin mərd oğulların.
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Tarixi çevirib tərsinə yazdın,
Namusu-qeyrəti yadlara satdın,
Yaman tora düşdün, yolunu azdın,
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Xəyanət eylədin öz torpağına,
Öz xalqını verdin yad ayağına,
Ğör necə tuş gəldin el qınağına,
Çıx get, bu torpaqda izin qalmasın
Silinsin yaddaşdan sözün, qalmasın.

Gözün görmədimi qırılanları,
Öz yurd-yuvasından qovulanları,
Tarixən günahsız axan qanları?!
Çıx get, bu torpaqda izin qalmasın
Silinsin yaddaşdan sözün, qalmasım

Bu yerdə böyüyüb, qocalmısan sən,
Bu yerdə ad alıb, ucalmısan sən,
İndi isə, bax, necə alçalmısan sən!
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Əsir qız-gəlinin ahından utan,
Cavan şəhidlərin ruhundan utan,
İçdiyin bulağın suyundan utan.
Çıx get, bu torpaqda izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

“Nobel” mükafatı nəyinə gərək?
Qaradır üzün də, çırkli qəlbin tək.
De, səni tutmazmı yediyin çörək?!
Çıx get, bu torpaqdan izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.

Get, get qarşılasın qoy ermənilər,
Başına gül səpsin marqo, surenlər,
Öləndə qəbirini qazsın armenlər.
Çıx get, bu torpaqdan izin qalmasın,
Silinsin yaddaşdan sözün, qalmasın.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Azerbaycan Edebiyyatindan