beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ureyim Ola Bilmedin..!

Ne acı qismetmiş ne acı bir bext
Ömrümde üç ay da qala bilmedin
Men sene üreyim demişdim bir vaxt
Sen menim üreyim ola bilmedin.
Özü yıxılanlar ağlamaz daha
Üstüme göz yaşı sıxma sen Allah
Bu eşqin astarı üzünden baha
Daha yollarıma çıxma sen Allah.
Soyuq işartılar aldatdı seni
Alışa bilmedin odumda menim
Adın uca olsun demişdim sene
Adın çoxdan çıxıb yadımdan menim.
Amasız dalğalar qucağında bil
Avarsız, sükansız qayıq deyilsen
Yandır mektubumu yandır sen allah
Sen o mektublara layiq deyilsen.
Öteri sevdalar qatdı başını
Vedesiz tökülen yaşına yazıq
Başını uca tut demişdim sene
Gözümde alçalan başına yazıq.
Bu nece qismetmiş bu nece bir baxt
Ömrümde üç ay da qala bilmedin
Men sene üreyim demişdim bir vaxt
Sen menim üreyim ola bilmedin.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 231 Bölmə: Azerbaycan Edebiyyatindan