beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son Sözün...

Gerek bu günümü göreydin özün,
Hesretin yaş gelib,yaşımın üste.
Bir ac qağayıya dönüb son sözün,
... Herlenir tufanlı başımın üste.

Bu söz dincliyime kesilib qenim,
Ne topa buluddur,ne de bir elçim.
İlk sözün ilk sevgi dünyamdı menim,
Senin son sözünü men nece ölçüm?

Kimi öz oduna alışan görsem,
Atıram qelbimi hesret oduna.
Harda qaşqabaqlı bir oğlan görsem,
Sanıram son sözü deyibler ona...

Qelbim öz sehvine çoxmu yanacaq,
Niye bes qedrini bilmedim onda?!
Axır qiymetini tapdım men ancaq,
Seni itirmişdim onu tapanda...

Her ürek bir ocaq,her ürek neğme,
Neğmem alışıbdır,tüsdü lenibdir.
Mene ele gelir her kövrek neğme,
Senin son sözüne bestelenibdir.. .

Getdin..
Bu gedişden ne düşdü mene?
Neçe lal hıçqırıq gözlerimdedir.
İlk sözü dodağın demişdi mene,
Son sözü yaşaran dodağın dedi.

İndi mehebbetim hesret denizi,
Orda dalğaların yarışı başlar.
Tutulub göylerin mavi benizi,
Sonra da son sözün yağışı başlar...

Qelbim öz sehvine çoxmu yanacaq,
Niye bes qedrini bilmedim onda?!
Axır qiymetini tapdım men ancaq,
Seni itirmişdim onu tapanda...


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 299 Bölmə: Azerbaycan Edebiyyatindan