beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüsrətullah Cahanşahlı

Həyatı
Nüsrətullah Cahanşahlı 1944-cü ildə Tudə partiyasının yerli komitəsinə başçı seçilmişdi. Azərbaycan Demokratik partiyası yarandıqdan sonra N. Cahanşahlı bölgə komitəsinin başçısı təyin edildi. İran tarixində Tağı Ərani qrupu və ya 53-lər adıyla tanınan bu insanlar Rza şah dönəmində cəzalandırılan ilk Kommunist qrup olmuşdu. Bu insanlar 1941-ci il İran işgalından sonra savaş sırasında sərbəst buraxılmışdılar (Mürşüdi). Zəngin bir ailəden olan Cahanşahlu muayinəxanasında xəstələrini pulsuz müalicə edirdi. Cahanşahlunun bu davranışları xalq içindeə çox yaxşı təsir buraxmışdı. Bu davranışları bir çox adamın partiya üzvü olmasına səbəb oldu. Cahanşahlu ailəsinə mensub olan Nüsrətullah, Zülfiqari ailəsinə qarşıydı və bu nədənlə zülfiqarilərlə müxalif olanlar onun çevrəsinə toplanmağa başladılar. İyirminci yüzillikdə "İran üçün çalışan Azərbaycan oğulları" sırasında isə bir çox avşar oğullarının xidmətləri qeyd olunur və bəyan edilir ki: "Belə bir xalq öz əziz ölkəsi İranın müharibə və məhv olmaq təhlükəsi qarşısında olduğunu görüb sakit otura, bundan artıq geridəqalmış və terrorçu ittihamlarına dözə bilməz. Ona görə biz azərbaycanlılar ayağa qalxırıq ki, fitnəkar rejim tərəfindən süqutun astanasına gətirilmiş vətənimizin istiqlalını, ərazi bütövlüyünü və birliyini qoruyaq, Böyük Kuruş tərəfindən əsası qoyulmuş insan haqlarının beşiyi adını terrorçu və şər oxu ləkəsindən təmizləyək". Bu sözlərin ardınca təşkilatın əsas məqsədləri açıqlanır: digər İran xalqları ilə birlikdə islam rejiminin dəyişdirilməsi, dinin dövlətdən ayrılması prinsipinə, BMT Nizamnaməsinə və İnsan Haqları Bəyannaməsinə söykənən, millətin azad iradəsinə əsaslanan hakimiyyətin formalaşdırılması. Bəyanat müəllifləri daha sonra bütün İran əhalisinə, xüsusən azərbaycanlılara, eləcə də əqidə və təmayülündən asılı olmayaraq bütün partiyalara, qruplara, ayrı-ayrı fərdlərə əmkdaşlıq təklifində bulunur və yazırlar: "Əziz və əsir ölkəmiz İranın sizin yardımınıza ehtiyacı var və hər hansı səbəbdən indi bunu etmək istəməsəniz, sonra ola bilər ki, edə bilməyəsiniz". Bəyanatı otuza yaxın şəxs imzalayb ki, onlar arasında d-r Sirus Amuzqar, d-r Əmiraslan Əfşar, d-r Nüsrətulla Cahanşahlu, prof. Keykavus Əfşar, d-r İsmayıl Xoyi və s. kimi adlar vardır. Bu şəxslər "Azərbaycan hərəkatı" Müvəqqəti Şurasının üzvləri sayılırlar.


Tarix: 21.01.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanlı sülalələr