Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Karnal döyüşü - Müharibənin başlanması

Nadirin qoşunları müqavimət görmədən Karnala (Dehlinin şimal-qərbində) qədər gəlib çıxır və 1739-cu ilin 24 fevralında Böyük Moğol imperiyasının hökmdarı Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Böyük Moğol imperiyası üzərinə pula altı milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı. Bunun böyük bir hissəsi Kəlata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvələr qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur. Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan «kuhi-nur» («nur dağı») adlanan daş da vardı. Başqa məşhur qiymətli daş da az deyildi.


Tarix: 21.01.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycanlı sülalələr
loading...