beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşhur avşarlar (kitab)

Məzmunu
Jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı Aydın Avşarın “Məşhur avşarlar” kitabı məşhur əfşarlardan söhbət açır. Nəşrin elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli, rəyçiləri tarix elmləri üzrə fəlsəfə doktorları Güntəkin Nəcəfli və Mahal Qacar, məsləhətçisi Sevda Aşurbəyli-Avşardır.

Kitabın giriş hissəsində Avşar elinin tarixi haqqında qısa məlumat verilir. Bildirilir ki, Avşar boyunun tarixi Oğuz elinin tarixidir. Avşarlar tayfası tarixdə bir şahlıq (Nadir şahın qurduğu Avşarlar dövləti, 1735-1748), iki bəylik (Qaramanoğulları, Sarıxanoğulları) qurmuş, Qarabağ, Urmiya, Marağa, Zəncan xanlığı, Xalxal və Ərdəbil xanlıqlarının qurulmasında iştirak etmişlər. Müxtəlif mənbələrə görə, Avşar adı “işlərini cəld görən və ova həvəsli”, “toplayıcı”, “itaətli” və s. mənalar verir.

Kitabın “Avşar boyunun yurdları və yayılma arealları” bölməsində bildirilir ki, Avşarlar hazırda Azərbaycan, Əfqanıstan, İran və Türkiyə ərazilərində yaşayırlar. Onlar azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfasıdır. “Avşar elinin oymaqları, tayfa və tirələri” bölməsində isə göstərilir ki, bu elin Adaxlı, Araşlı, Alplı, Qasımlı, Qılıclı, Qənibəyli, Davudlu, İmanlı, Kərəcli, Giləli, Mahmudlu, Gündüzlü, Əmirli, Əlibəyli, Ərəbli, Yorğanlı, Tərzili və s. oymaqları var. Tarixçi Tohid Məlikzadə “Salmasın on min illik tarixi” əsərində Avşar elinin 11 tayfa-tirəsini göstərib. Kitabda Avşar ellərinin tanınmış simalarının həyat və fəaliyyətindən, yaşadıqları ölkələrin siyasət və mədəniyyətində göstərdikləri xidmətlərdən bəhs olunur.


Tarix: 21.01.2015 / 16:29 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Azərbaycanlı sülalələr