Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilzayların İsfahanı alması

İki ildən sonra eyni məqsədlər göndərilən daha bir qızılbaş korpusu darmadağın edildi. Sonrakı beş-altı il ərzində vəziyət köklü surətdə dəyişdi və İsfahan sarayı yeni Qəndahar hakimi Mahmudun qarşısında geri çəkilməyə başladı. 1719-cu ilin yayının axırında Mahmud qərbə yürüş etdi; 1722-ci ilin oktyabrında İsfahana daxil oldu, və Səfəvi şahı Sultan Hüseyni taxtdan imtina etməyə məcbur etdi. Qəndahardakı hadisələrin inkişafı Heratdakı vəziyədə də təsir edirdi. Qilzayların təzyiqi nəticəsində Herat ətrafına köçmüş əfqan abdali tayfasının aristokratiyasının nüfuzu artırdı.

1720-1722-ci illərdə Mir Əşrəf əmisi oğlu Qəhdəhar əmiri Mir Mahmud Hotakinin İrana yürüşündə iştirak etmişdi.

1725-ci ilin aprelində Mir Əşrəh öz əmisi oğlu Mir Mahmud şaha qarşı İsfahanda sui qəsd təşkil etdi, o taxtdan salındı və öldürüldü. Mir Əşrəh özünü İranın yeni şahı elan etdi. O Mir Mahmuddan daha çevik siyasətçi idi, və anlayırdı ki, ancaq əfqan tayfalarına dayanaraq İran üzərində hakim ola bilməyəcək. Mir Əşrəf orduda nizam intizam yaratdı, yerli aristokratiyanı öz tərəfinə çəkmək məqsədiyləyerli əhali üzərində talanları və zorakılığı dayandırdı.


Tarix: 21.01.2015 / 16:02 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycanlı sülalələr
loading...