beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sunja istehkamına birinci yürüş

1651-ci ildə Şamaxılı Xosrov xan şahdan Sunja və Terek üzərinə yürüş etmək əmri alır. Xosrov xan Sunja istehkamını dağıtmalı və "gecikmədən" Həştərxan üzərinə yeriməliydi. Sunja istehkamını almaq vəzifəsini Xosrov xan Tərki şamxalının üzərinə qoyur. Qoşun Tərki şamxalı Surxay xan, Endirey məliki Kazan Alp və Qaytaq usmisi Əmirxan Sultanın qüvvələrindən ibarət idi. Şamxalın qoşunlarını gücləndirmək üçün, Xosrov xan ona nizami qızılbaş qoşunu göndərir. Cəmi 800 əskər: 500 nəfər silahlı Şamaxıdan, 300 nəfər Dərbənddən və iki top. Qızlbaş qoşununa həmçin Çoban mirzə və Şatemir mirzənin noqay ulusları qoşuldu. Ümumi sayı 12 min nəfərə çatan qızılbaş qoşununda Miçkizən və Şibutən çeçen cəmiyətlərindən ibarət dağlıların yığma qoşunu da vardı. 12 oktyabr 1651-ci ildə birləşmiş qoşun Sunja çayına çatdı. Surxaya qarşı müdafiyəyə, kabardinlilərə, braqunlulara və Terek kazaklarına kabardin knyazı Mutsal Çərkəz başçılıq edirdi. Birinci hucumu uğursuz olan şamxal Surxay Tereki kazak şəhərciyi Çeplanovu keçərək Sunjanın mənsəbinə çıxmaq cəhdi etdi. Lakin bu həmlə də dəf edildi. Ruslara burada bəzi tatar yurtları da dəstək oldu. 2 noyabrda şamxal qalaya hucuma cəhd etdi, lakin bu dəfə də uğursuz oldu. Bundan sonra qızılbaş qoşunu geri çəkilməli oldu. Onlar Mutsalın mülklərini yağmaladı və xeyli mal qara qənimət götürdü. Yürüş uğursuz oldu. Surxay uğursuzluğun səbəbini onu Kabardaya buraxmayan braqunluların müqaviməti ilə izah etməyə çalışdı.


Tarix: 21.01.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycanlı sülalələr