Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

III Şah Abbas

III Abbas — Səfəvi imperiyasının sonuncu-XI şahı, II Təhmasibin oğlu olmuşdur. 1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları-feodal əyanlarının köməyi ilə Şəfəvi şahı II Təhmasibi hakimiyyətdən devirərək Abbas Mirzəni III Şah Abbas adı ilə şah elan edir və dövləti onun adından idarə etməyə başlayır.[2]

Bu dövrdə Nadir xan Səfəvilərlə Osmanlılar arasında imzalanmış Kirmanşah müqaviləsini ləğv edir. Osmanlı dövlətindən 1723-cü ildən bəri işğal etdiyi torpaqları Səfəvilərə qaytarmağı qətiyyətlə tələb etdi. Osmanlılar rədd cavabı verdilər. Bu da müharibəyə səbəb oldu. Nadir xan 100 minlik ordu ilə bir neçə istiqamətdə Osmanlı dövlətinə qarşı hücuma keçdilər. Müharibənin ilk günləri Nadirin ordusu üçün uğursuz oldu. Lakin 1733-cü ilin yanvarında Bağdad ətrafında Osmanlı qoşununa ağır zərbə endirildi. Həmin ilin fevralında Osmanlı ordusunun komandanı Əhməd paşa ilə Nadir xan arasında Bağdad sülhü adlandırılan sülh müqaviləsi imzalanır. ağdad müqaviləsinin şərtlərinə görə Osmanlılar son 10 ildə işğal etdikləri bütün torpaqları qaytarmağı öhdəsinə götürdü. Buna qismən əməl olundu. Az sonra Azərbaycanın cənubunda hərbi əməliyyatlar dayandırıldı. Osmanlı ordusu burdan çıxarıldı.

I Pyotr öldükdən sonra Xəzəryanı bölgələri əlində saxlaya biləcək bir adam yox idi. Buna görə Rusiya Nadirin irəli sürdüyü tələblərlə razılaşdı. 1735-ci ilin martın 21-də Gəncə yaxınlığında Rusiya ilə Səfəvilər arasında müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə rus qoşunu Xəzəryanı vilayətləri tamamilə tərk etdi.

1736-cı ildə Nadir xan Əfşar cürətlənərək özünü şah elan edir. Bununla da Səfəvilər sülaləsinin hakimiyyəti sona çatır və Əfşarlar sülaləsi hakimiyyətə gəlir.


Tarix: 21.01.2015 / 13:08 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Azərbaycanlı sülalələr
loading...