beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uğurlu xan Ziyadi-Gəncəvi

Həyatı
Kəlbəli xan Uğurlu xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət müqəddəs Qum şəhərində darğa vəzifəsini aparmışdı. Orda Əbdürrəzzaq Fəyyaz-Lahicidən ali elmləri əxz etmişdi. Uğurlu xan Ziyadoğlu-Qacar 1664-cü ildə qardaşı Murtuzaqulu xanın vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat edib.

Uğurlu xanın Abbasqulu xan, Kəlbəli xan, Rzaqulu xan adlı oğulları vardı.

Uğurlu xan şair idi. Ziyadi təxəllüsü ilə şeir yazırdı. O, şairləri himayə edir, onların dolanışığını təmin edirdi. Ədəbiyyatşünas Firudin bəy Köçərli yazır: "Divanında yazılmış bir tәrcibәnddәn belә mәlum olur ki, Qövsi Uğurlu xan Ziyad oğlunun әsrindә onun tәhti-himayәsindә mürәffәhhal güzәran edirmiş. Bununla belә vәtәni-mәlufunu unutmayıb, hәr dәm onu yad edәrmiş. Uğurlu xan isә Gәncә xanlarından Şahverdi xanın qardaşı vә mәşhur Cavad xanın әmisi olduğu rәvayәt olunur ki, hicrәtin 1180-1190-cı illәrindә xanlıq edәrmiş".

Ziyadi Gəncəvi Qövsi Təbrizi ilə dost idi. Qövsi ona həsr etdiyi tərcibəndində yazırdı:

Uğurlu xan Ziyad oğlu Müsahib ruzigarında ki, biz onun qulu, ol bəndeyi-Süleymandır.

Yaradıcılığı
Eşitdin gecə çəməndə bülbülün nəğməsini,

Şam evinə də gəl, eşit, pərvanə naləsini. (Sətri tərcümə)


Tarix: 21.01.2015 / 13:03 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Azərbaycanlı sülalələr