beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əli Orlatın Əmir Teymurun oğlu Miranşahın yanına getməsi ehtimalı

Əmir Teymur öz imperiyasının paytaxtında da çox qərar tutmur və 1398-ci ilin avqustunda Hindistana yürüş edir. O, bundan əvvəl, İrandan qayıdarkən Azərbaycan vilayətinin və onun ətrafındakı ərazilərin idarəsini öz oğlu Əmiranşahın ixtiyarına buraxmışdı. Şərafəddin Əli Yəzdiyə görə Əmirzadə Əmiranşah Azərbaycan taxtgahını və Hülaku xan ulusunu elə məharətlə idarə edirmiş ki, "ətarf və əknafın heç bir padşah zamanında itaət etməmiş sərdarları" onun yanına gəliblərmiş[7]. Həmin müəllifin bu sözlərinə və müvafiq hadisələrin sonrakı gedişatı barədə yenə onun və həm də, Nizaməddin Şaminin qələmə aldıqlarına əsasən güman etmək mümkündür ki, 1396-cı ilin payızına qədər, yəqin ki Şəki hökmdarı Seyid Əli Orlat da Əmirzadə Əmiranşahın yanına gedibmiş.


Tarix: 13.01.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Azərbaycan xanlıqları