beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi mənbələrdə Seyid Əli Orlatın adı çəkilən bəhslər və məlumatlar

Əmir Teymurun Şəkiyə II hücumu
6 ildən sonra yenə – 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı. 3-cü İran yürüşü də Şəkidən yan keçmir. Belə ki Əmir Teymur Gürcüstandan sonra 1394-cü ilin sentyabr ayında Şəki ölkəsinin ərazisinə girdi və ilk olaraq "vilayət-e Bərtaz"ı talan etdirdi. Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə – Seyid Əli Orlatın üstünə qoşun göndərdi. "Zəfərnamə"lərə görə bu zaman Seyid Əli Orlat "mülk və malını atıb qaçmaq yolunu tutdu".

Əmir Teymur 1394-cü ilin sonunda – qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə – 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərinə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur, Dərbənd, Şabran, Aqtam səhrası (Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü.


Tarix: 13.01.2015 / 13:53 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycan xanlıqları