beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əli Orlat

Seyid Əli Orlat — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan – yəni XI əsrin 3-cü rübündən sonra, adı məlum olan ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin şərhində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur.


Tarix: 13.01.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycan xanlıqları