beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İrəvan qalası Memarlıq xüsusiyyətləri

Uzunluğu 850 metr olan qalanın divarları çiy kərpicdən hörülmüşdü. Divarlar elə qalın olub ki, hətta top mərmisinə davam gətirib. Qalanın bayır divarının hündürlüyü 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar daha hündür idi və onların arasında təxminən 50-60 metr məsafə vardı. İç qaladan təxminən 1 km məsafədə Keçiqala adlı köməkçi qala da vardı. Ümumiyyətlə, İrəvan qalasının 50-60 bürcü, 3 qapısı olub:Cənubda Təbriz qapısı, Şimalda Meydan qapısı və Körpü qapısı. Qala daxili şəhər isə dörd məhəlləyə bölünüb: Qala məhəlləsi, Şəhər məhəlləsi, Təpəbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi. Qaladaxili şəhərsalma tipik şərq – Azərbaycan şəhərləri üslubunda olmuşdur; küçələr dar, evlərin divarları hündür olduğuna görə küçədən evlərin həyətlərini müşahidə etmək mümkün deyildi. Bəzi məlumatlara görə qalada iki, bəzilərinə görə isə dörd məscid olmuşdur. Bunlardan ən qədimi 1510 – cu ildə inşa edilmişdi. Ən möhtəşəmi isə Sərdar sarayının yaxınlığında əsası I Şah Abbasın hakimiyyəti dövründə (1587 – 1629) qoyulmuş Şah Abbas məscidi (Cümə məscidi) olmuşdur. [16] Sərdar sarayının əsası İrəvən qalası ilə eyni vaxtda qoyulsa da, sonrakı illərdə saray əsaslı surətdə təkmilləşdirilmiş və Azərbaycan memarlığının incilərindən birinə çevirilmişdir.[17]

Uzunmüddətli mühasirəyə davam gətirmək üçün qalanın daxilinə gizli yolla su kəməri çəkilmişdi. Qalanın şimalında və cənubunda olmaqla iki böyük darvazası olmuşdur – Şirvan və Təbriz darvazaları. Qala divarları çox qalın olduğundan hətta top mərmilərinə belə davam gətirirdi. 1804 – cü ilin iyun – avqustunda general P. Sisianov, 1808 – ci ilin iyun – avqustunda isə general – feldmarşal İ. Qudoviçin komandanlığı altında çoxsaylı rus qoşununun İrəvan qalasını mühasirəyə alaraq ələ keçirmək cəhdləri qala müdafiəçilərinin cəhdləri nəticəsində boşa çıxmışdı.


Tarix: 13.01.2015 / 13:19 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycan xanlıqları