beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sanqibuti

S a n q i b u t i (er. əv.744-cü il). Er. əv. 821-ci ilə və er.əv. 719-cü ilə aid asur mənbələrində toponim Saqbat kimidir. E.A.Qrantovskiyə görə, hind dilindəki sanqa – əmir, hökmdar özündəndir. Bəlkə də bu toponimdə türkcə saqa – çayın ağzı, ya da dağ ətəyi sözü əks olunmuşdur. Y.B.Yusifov Sanqibuti adının mənbədə göstərildiyi kimi, bara – qoyun saxlanılan yer (hər ikisi Mannadadır) sözü ilə əlaqələndirir və Altay ölkələrindəki sanqi – üçayaq sözü ilə eyniləşdirir. Onun fikrincə Sanqibuti üçayaq dağ qolu mənasındadır. Erkən orta əsrlərdə peçeneklərin Cənubi – Şərqi Avropada Saka-Kat (ay) qalasının adı ilə müqayisə olunur. Q. Qeybullayev isə qeyd edir ki, toponim saq və sanq komponentləri türkcə sanq və saqa sözləri ilə əlaqədar olaraq toponimlərdə müxtəlif mənalardadır. Qeyd edilməlidir ki, bu toponimdəki bat sözü Manna, Midiya və Albaniyada bir sıra qədim toponimlərdə vardır: Akbatan, Kilimbat, Kitbatay, Aratbat, Pişuauvat (Qaumatın üsyan qaldırdığı yer), Albaniyada Aqbat, Dizapat, Naxçıvanda Ordubad, Tambat və b. Bu toponimlərdə bat, vat sözləri məkan bildirir. İ. H. Əliyev onu Şumer və Elam dillərindəki mate, pate, bate, bitu – ölkə sözü ilə əlaqələndirir. Bisütun qaya yazısında Payşiyauvad (Payşibat toponiminin qədim farsca yazılışı) və Sakayauvat (Sakabat toponiminin qədim farsca yazılışı) toponimlərində əslində bat olan bu komponentin vad və vat kimi yazılışı da bunu göstərir. Bat, mat qədim türk mənşəlidir. Müasir Aşqabad toponimi ilə müqayisə olunur. İ. M. Dyakonova görə, Midiyadakı Sanqibitu indiki Zəncan (Həmdullah Qəzvini Zəncanı Sancan kimi qeyd edir) yaxınlığında idi


Tarix: 09.01.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 85 Bölmə: Azərbaycan toponimləri