beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İzirta

İ z i r t a – Mannada bir şəhərin adı. Türkcə izir, izer – aşırım, dağ keçidi, dağ çökəyi və tay – tərəf sözlərindəndir. Altayda (Xakasiyada) İzertaq və İzir-Su toponimləri ilə müqailə müqayisə olunur. Y. B. Yusifov qədim toponimlərdə ta komponentini türk dillərindəki too, tuu (dağ) sözü ilə bağlayır . Manna və Midiya toponimlərinin bəziləri (Arsita, İzirta, Meista, Parta, Şurda və b.) üçün "ta" sonluğu səciyyəvidir. Q. Qeybullayevə görə bu komponent türkcə "tay" sözündən ibarətdir. Quruluşca bu toponimlər, məsələn, Krımda türkmənşəli Yalta toponimi ilə eynidir. O. T. Molçanova Orta Asiya və Altay toponimiyasında tay sözünə xüsusi tədqiqat həsr etmişdir. O yazır ki, Yakutiyadan Qazaxstanın və Özbəkistanın qərb əyalətlərinə qədər toponimlərdə yayılmış bu söz tərəf, yer mənasındadır . V. V. Bartolda görə, qədim türk toponimlərində (məsələn, Altay) bu söz ölkə anlamını ifadə edir.


Tarix: 09.01.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycan toponimləri