Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zakruti və Tadiruti

Z a k r u t i və T a d i r u t i (er. əv. 744-cü il). Midiyada dağ adları. Yerli Saqirutu və Tadirutu oronimlərinin assur dilində yazılışıdır. Cənubi Azərbaycanın Qaradağ mahalında lokalizə olunurlar. Babək üsyanı ilə əlaqədar hadisələrdə Zəhrqaş və Dav-ər-Rud dağ adları kimi qeyd olunur. Zakruti oronimi türkcə saqir – dağ burnu, möhkəmləndirilmiş yer sözü, u birləşdirici səsi və türkcə tu – dağ sözündən ibarətdir. Şumer dilində an-zaggar (yazılışı semit mənşəli akkadcadır) – qala, möhkəmləndirilmiş yer sözü ilə türk dillərindəki saqir və çakar – qala, möhkəmləndirilmiş yer sözlərinin mənşə birliyinə görə həm də güman etmək olar ki, Zakruti oronimində bu sözün məhz şumer forması öz əksini tapmışdır. Bütün hallarda oronim Qaladağ mənasındadır. Tadiruti oronimi isə ted, tey – "təpə, ur "dağın gündüşən tərəfi" sözləri, u birləşdirici səsi və tu dağ sözündən ibarətdir.


Tarix: 09.01.2015 / 15:59 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Azərbaycan toponimləri
loading...