beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Midiya toponimləri

Midiya toponimləri – Midiya dövləti ərazisində yayılmış tarixi toponimlər.

Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur.

Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur. Lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən[1] söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən[2] müdafiə olunmuşdur.

Midiya ərazisində toponimlərin bir qrupu kin, kinq sözü başlayır. İ. M. Dyakonov yazmışdır ki, lulube və kassit dillərində bu söz qala, möhkəmləndirilmiş yer deməkdir[3] Belə çıxır ki, qin, qinq – qala sözündən yaranmış toponimlər Midiya ərazisində er. əv. III-II minilliklərdən yaşaması məlum olan lulubelərin və kasların yaşayış məskənlərinin adları kimi təşəkkül tapmışdır. Ola bilsin ki, bu söz mannalara və madaylara da keçmiş və toponim yaradıcılığında işlənmişdir. Ona görə də kin (qin), kinq (qinq) sözünün (diqqət cəlb edən budur ki, qinq sözündə qanq sözündə olduğu kimi qədim Altay dilləri üçün səciyyəvi nq qovuşuq səsi vardır) türkmənşəli olması düşünülməkdədir.


Tarix: 09.01.2015 / 15:49 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan toponimləri