beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arkaniya

A r k a n i y a – Toponimin birinci komponenti türkcə arka (arxa), yəni dağ beli, suayrıcı, dağın kölgəli tərəfi, (xakasca arğa – dağ meşəsi, uzanmış dağ beli ), erqə – sıldırım yer, yüksəklik, düşərgə, qala, urqa – yüksəklik, sıldırım yer sözlərindən biri ilə əlaqədardır. Midiyada Arkadr (Bisütun qaya yazısında) oronimi ilə eyni mənada ola bilər: türkcə arqu – dərə, yarğan, və tör – yüksək dağ örüşü sözlərindəndir. Toponimin ikinci hissəsini güman ki, türkcə an-yayla yerdə kars (torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik forması) çökəkliyi (çuxuru, uçurumu) sözü təşkil edir. Müxtəlif fonetik formalarda bu söz Midiyanın Elani (u), Kabani, Uranbarzani və b. toponimlərində də nəzərə çarpır.


Tarix: 09.01.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycan toponimləri