beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavanşir Vəkilov - Ailəsi

Cavanşir Vəkilov 1981-ci ildə tanınmış bioloq, akademik Mirzə Ağa Əlizadənin qızı Elmira xanımla ailə həyatı qurmuşdur. Elmira Vəkilova Azərbaycan Milli Elmlər Akademiyasının Aqrokimya və Torpaqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır, 41 elmi işin müəllifi (onlardan 15-i xaricdə dərc olunmuşdur), kənd təsərrüfatı elmləri namizədidir (1989).

İki qızı var: 1982-ci il təvəllüdlü Ruqiyyə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 1984-cü il təvəllüdlü Mərziyyə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Hər ikisi hazırda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışır. Novruz, Tamerlan və Mehin adında 3 nəvəsi var.


Tarix: 09.02.2015 / 19:06 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Azərbaycan tarixçiləri