beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İqor Makeyev - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
1992-ci il 5 iyun ermənilər Naxçıvanlı kəndinə hücuma keçmişdilər İqor burada onlarla erməni yaraqlısını məhv etdi, ermənilər kəndi tutsalar da döyüşçülərimiz əks hücuma keçərək kəndi geri ala bildilər. Ağdərə uğrunda gedən döyüşlərdə də o rəşadətlə vuruşmuşdur. İqorun son döyüşü 2 avqust 1992-ci il oldu "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə o, Nikulin ləqəbli azərbaycanlı ilə birlikdə pulemyotla ön cərgədə gedirdilər. Onlarla erməni quldurunu məhv edən İqor 28 nəfərin mühasirədən çıxmasına imkan yaradır, özü isə qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Sadıllı qəsəbəsində qəhrəmanımızın adına küçə var.


Tarix: 24.01.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 17 Bölmə: Azərbaycanın müharibələri‎