beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sultan Mərzili - Yaradıcılığı

Yaradıcılığı
Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq içində" (2009) kitabının müəllifidir. Yazıçı Əbdül Hüseynovun "Üsyankar Xaqani" romanını rus dilindən tərcümə etmişdir.

Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır.

Şeirləri Azərbaycan və rus dillərində çap olunmuşdur.

Kitabları
"Dünya bir pəncərədir", "Yazıçı"-1984
"Bir addımlıq ömür..." (2006)
"Bəyaz vərəq içində" (2009)


Tarix: 23.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Azərbaycanın müharibələri‎