beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üçüncü Reyx

Üçüncü Reyx (alm. Drittes Reich; Reich – dövlət, imperiya ) – Almaniya imperiyasının 1933-cü il avqustun 16-sında 1945-ci il mayın 23-dək dövrünün qeyri-rəsmi adı. Bəzi tarixçilər Almaniyanın kapitulyasiya gününü 8 may günü hesab edirlər.Rəsmi surətdə isı o öz tarixini 23 mayda, Karl Dönits hökumətinin həbsi ilə bitirmişdir.

Ədəbiyyatda o həmçinin milli sosialist və faşist Almaniyası kimi də tanınır. Axırıncı termin ancaq sovet tarix elmində işlədilirdi və dəqiq deyildir. Çünki, İtaliyadakı Benito Mussolininin faşist rejimi arasında siyasi rejimdə, ideologiyada və yəhudilərə münasibətdə müəyyən fərqlər vardır.

Nasist ədəbiyyatında rejim həmçinin " Minillk reyx " (alm. Tausendjähriges Reich) adlandırılırdı.

Üçüncü reyx Adolf Hitlerin rəhbərlik etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyasının hakimiyyəti ilə sıx bağlıdır. Hitler üçüncü reyxin bütün hakimiyyəti ərzində onun yeganə reyxskansleri və fürer olmuşdur.
Terminin yaranması
"Üçüncü Reyx" terminin yaradıcısı alman yazıçısı və tərcüməçisi Möller van den Brukdur. O, 1923-cü ildə "Üçüncü Reyx" adlı kitab nəşr etdirir.

Birinci Reyx – 962-ci ildə kral I Otto tərəfindən yaranmış Müqəddəs Roma imperiyası hesab olunur. Bu reyx I Napoleonun hücumları nəticəsində dağılmışdı.

İkinci reyx – 1871-ci ildə Alman imperatoru I Vilhelm tərəfindən yaranmış, 1918-ci ildə Noyabr inqilabı nəticəsində dağılmışdı.

Üçüncü reyx – zəif Veymar Respublikasını əvəz etməli idi.

Hitler 1934-cü ilin sentyabrında Nürnberqdə etdiyi çıxışında bu reyxin 1000 il yaşayacağını qeyd etdikdən sonra, bu dövləti "Minillik reyx" adlandırmışlar.
Nasizm ideologiyası
rasizm, antisemitizm, qatı millətçilik, sosial darvinizm, irqi gigiyena ;
antimarksizm, antikommunizm, demokratiyanı inkar ;
totalitarizm, rəhbərə sevgi ;
yeni ərazilər, Şərqə hücum ;
millətin sağlamlığı ( homoseksualların, psixi xəstələrin məhvi ) ;
almaniya nın Işğal olunmuş ərazilərin yenidən almaq


Tarix: 27.02.2015 / 17:11 Müəllif: Feriska Baxılıb: 244 Bölmə: Almaniya tarixi