beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Otto fon Bismarkın ittifaqlar sistemi

Bismarkın İttifaqlar Sistemi (1872-1915) — Otto fon Bismarkın Alman imperiyasını üçün düşündüyü, savaş ehtimalı içərisində ən çətini olanı-Rusiya imperiyası və Fransa Respublikası ilə eyni anda ediləcək olan iki cəhbəli müharibənın qarşısını almaq idi. Almaniya hərbi gücünə görə Avropanın ən güclü dövləti idi, lakin Rusiya və Fransanın ittifaqının reallaşacağı təqdirdə ikiyə bölünəcək Alman ordusu zəifləyən gücü səbəbi ilə məğlub olacaqdı.Buna görə də, Otto fon Bismark Avstriya-Macarıstan imperiyası ilə və Rusiya imperiyası ilə 1872-ci ildə Üç İmperator İttifaqını qurdu. Müqəddəs İttifaqdan qalma Alman-Slavyan-İtalyan-Polyak (Lex) birliyi bunun sayəsində davam etməli idi. 1875-1878 Böyük Şərq Problemi və ya Balkan Probleminə görə Üç İmperator İttifaqı dağıldı. 1879-cu ildə Almaniya və Avstriya arasında qalan ittifaq İkilər İttifaqı ilə gücləndirildi və bu müqavilə ilə Avstriyanın qərarları bir tərəfdən Almaniyaya bağlandı. 1881-ci ildə Rusiya ilə yenidən razılaşan Bismark İkinci Üç İmperator İttifaqını qurdu. 1882-ci ildə İtaliya Krallığı 1879-cu ildə 1879-cu ildə imzalanan Almaniya-Avstriya ikili ittifaqına alınaraq rəsmən Üçlər İtifaqı oldu.1885-1886-cı illərdə Avropadakı milliyətçi hərəkatlar Rusiya ilə Avstriyanın münasibətlərini pozunca, Bismark çıxış yolu kimi Rusiya ilə Avstriyanın Almaniya ilə ayrı-ayrı ittifaqda olmasını təmin etdi və 1887-ci ildə Alman-Rus Qarşılıqlı Hücüm Etməmə haqqında müqavilə imzalandı. 1908-ci ildə Bosniya Problemi]]nə qədər həqiqətən uğurlu olan II Üç İmperator Birliyi, Balkanlar üzərindəki Rusiya-Avstriya mənfəət çatışmalarına görə qüvvədən düşdü. Osmanlı torpağı olan Bosniya Avstriya-Macarıstan tərəfindən işğalı Rusiyanın təzyiqləri ilə qarşılaşmışdır. Bu tarixdən sonra Rusiya tərəfindən faktiki olaraq qüvvədən düşən ittifaq 1914-cü ildə Rusiyanın Antanta İttifaqı Dövlətləri cəhbəsindən I Dünya Müharibəsinə qatılması nəticəsində də rəsmən sona çatmışdır. Bundan əlavə, Otto Fon Bismark belə bir ittifaqlar sistemi ayrıca olaraq Avstriya-Macarıstan Dualist İmperiyası üçün də qurmuşdur. Belə ki, 1881-ci ildə Avstriya ilə Serbiya Knyazlığı arasında gizli bir müqavilə imzalanır. Bu müqaviləyə görə Serbiya da Üçlər İttifaqına bağlanır. 1883-cü ildə Bismarkın istəyi ilə Avstriyanın Ruminya Krallığı ilə müdafiə ittifaqı haqqında müqavilə imzaladığını və 1888-ci ildə də İtaliyanın bura daxil olduğunu görürük. Alman kansleri(baş naziri) Otto fon Bismark etdiyi siyasi həmlələrlə və qurmuş olduğu ittifaqlar sistemi sayəsində Almaniyanın Avropadakı siyasi-hərbi üstünlüyünü sübut etmiş və siğortalamışdı. Almaniyanın iki od arasında qalmaması üçün Berlin, Sankt Peterburq, Vyana, Roma, Buxarest arasında ittifaqlar qurmuş, siyasi əlaqələr yaratmışdır.


Tarix: 26.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 292 Bölmə: Almaniya tarixi