beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

IV Fridrix Vilhelm

IV Fridrix Vilhelm (alm. Friedrich Wilhelm IV.) (15 oktyabr 1795-ci il, Berlin — 2 yanvar 1861-ci il, Potsdam) — 7 iyun 1840-cı ildən həyatının sonunadək Prussiya kralı.

Fridrix din azadlığına loyal yanaşırdı, mətbuata təzyiqi azaltdı, əhaliyə konstitusiya söz verdi. Ancaq yaratdığı landtaqda ancaq zadəganlar və iri torpaq sahibləri təmsil olundular.

1850-ci ildə Prussiya milli parlamenti yaratmaq məcburiyyətində qaldı. Bununla belə verilən azadlıqlar çox məhdud idi. 1857-ci ildə keçirdiyi insult ruhi xəstəliyə çevrilir və qardaşı I Vilhelm regent təyin edilir.

1861-ci ildə vəfat edib.


Tarix: 26.02.2015 / 19:15 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Almaniya tarixi